Mən Heathcliffəm..
Puan vermedi·500 syf.··
2026 2. kitabı
Uğultulu Təpələr romantik kitab deyil, bu kitab sevginin ən gözəl halı yox, ən təhlükəli halıdır. Oxuyarkən anladım ki, bəzi sevgilər insanı xilas etmir, içindən yavaş-yavaş yeyir. Heathcliff və Catherine bir-birini sevir, amma bu sevgi sakitlik gətirmir, qürur, qısqanclıq, inciklik və intiqamla yaşayır. Onların münasibəti o qədər xam və filtirsizdir ki, bəzən oxuyanda özümü narahat hiss etdim. Çünki bu, nağılvari sevgi deyil, insanın içində gizlətdiyi qaranlıq tərəfin açıq etirafıdır. Kitabın atmosferi ayrıca bir obraz kimidir. O uğultulu, küləkli təpələr sadəcə məkan deyil, personajların iç dünyasının səsidir. Hər səhifədə bir boğuntu, bir sıxıntı var. Heç kim tam günahsız deyil, heç kim tam pis deyil, hamı sevgi adı altında bir az qəddar, bir az yaralıdır. Və bəlkə də kitabın gücü buradadır: sevgini ideal göstərmir, onu çılpaq və bəzəksiz göstərir. Ən çox yadda qalan cümlələrdən biri də bu idi: “Mən Heathcliffəm.” Bu cümlə sevginin iki ayrı insan arasında yox, sanki tək bir ruhun iki bədənə bölünməsi kimi yaşanmasını göstərir. Amma bu birləşmə xoşbəxtlik gətirmir əksinə, hər ikisini məhvə aparır.Oxumaq emosional olaraq yorucudur. Bəzi yerlərdə əsəbiləşdim, bəzi yerlərdə ürəyim sıxıldı, amma bir an belə biganə qala bilmədim. Bitirəndə içimdə qəribə bir boşluq qaldı, sanki uzun müddət fırtınanın içində yaşamış kimi. Bu kitab xoş hisslər vermək üçün yox, iz buraxmaq üçün yazılıb. Və məncə ən güclü ədəbiyyat da elə budur: səni rahat buraxmayan ədəbiyyat.
Alıntı
Uğultulu TepelerEmily Brontë · Martı Yayınları · 201258bin okunma
·
28 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.