Gönderi

Neyləyim, dilsiz bir baş çəkəmmirəm...
Puan vermedi·364 syf.··
Beğendi
·
2026 18. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Şubat 2026 12:37
Bir ölkə var - özü boyda bir körükdür, Həqiqəti dil ucuna hörüklüdür… Məmməd ArazMəmməd Araz Dəyərli Pərvanə xanımın tərtib etdiyi və ön sözün müəllifi olduğu bu kitab Güney Azərbaycan ədəbiyyatının bugünkü fəaliyyətinin öyrənilməsi baxımdan olduqca dəyərlidir. Yaxın vaxtlarda oxuduğum Güney Azərbaycan NəsriGüney Azərbaycan Nəsri kitabında başlanğıcdan bugünədək yazılmış nəsr nümunələri toplanmışdısa, bu kitabda çağdaş dövrün həm nəzm, həm də nəsrlə yazılmış nümunələri yer alır. Pərvanə xanım ön sözdə o qədər gözəl məlumat verərək açıqlayıb ki, nə desəm, nə yazsam onun təkrarı olar. İranda baş vermiş siyasi hərəkatların soydaşlarımızın yazıb-yaratdığı ədəbiyyata təsiri, əsasən farsdilli yaranan ədəbiyyatdan türkdilli ədəbiyyatın formalaşma-keçid prosesi, dil-üslub problemləri, bundan da əlavə əzəli dərd olan siyasi rejim problemi və bu kimi məsələri əhatə edir. “Bu gün Güney Azərbaycanda müqavimət, "dirəniş ədəbiyyatı" ön plandadır. Əsərlərin əsas motivi ana dili və vətəndir. Bundan sonra kimlik axtarışı, azadlıq, eləcə də narazılıqlardan doğan daxili üsyan hissi kimi mövzular yer alır.” (səh.14) Bu kitabda da onlarla müəllifin yaradıcılığından nümunələr, həmçinin, hər müəllifin həyat-yaradıcılığından qısa məlumatlar daxil edilmişdir. Güneydə yaranan ədəbiyyat nisgilli ədəbiyyatdır, cümlələr də müəlliflərin həyatı kimi qırıq-qırıq, yarı-yarımçıq, deyilib-yazılmağa qorxa-qorxa yaranır. Elə bil hamısının deyəcəyi bu boynubükük bir misrada ümumiləşdirilib: “Neyləyim, dilsiz bir baş çəkəmmirəm”
Güney Azərbaycan Ədəbiyyatı AntologiyasıPərvanə Məmmədova · Teas Press Nəşriyyat · 20155 okunma
·
94 Gösterim
1 Yorum
Burda da nəsə paylaşıram arabir) instagram.com/p/DUvLoLcDVKv/?...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.