·416 syf.··Beğendi
···Okunma: 17 Şubat 2026 01:39 Önsözündən təşəkkür hissəsinə qədər oxuduğum ilk kitab.
Müəllif yeniyetmə vaxtı ailəsi ilə birlikdə Auşvitzə düşən və uzun müddətdən sonra xilas olan çox az sayda insandan biridir. Auşvitzdə valideynlərini, sevgilisini və onlarca dost-tanışını itirir.
İllər sonra yenidən Auşvitzə qayıdır. Amma bu dəfə əsir olaraq yox, azad bir insan kimi.
Bu kitabı oxuyandan sonra özünüzlə üzləşdiyiniz məqamlar olacaq. Burda heç nə uydurma deyil.
Biz həyatımız boyu müxtəlif hadisələrlə üz-üzə qalırıq. Doğmalarımızı itirə, qəzaya düşə yaxud ağır bir xəstəliyə tutula bilərik. Bunları yaşayandan sonra ruhumuz necə sağalacaq? Ümumiyyətlə o tam sağalır? Daxilimizdə olan, bizi mənəvi bəzən də fiziki ölümə aparan qorxunun, qəzəbin, kinin öhdəsindən necə gələk?
"Seçim"də siz ancaq müəllifin yaşadıqlarını yox , paralel olaraq müxtəlif pasientlərinin hekayələri ilə də tanış olacaqsız. Kitabı bitirəndən sonra siz özünüzlə hesablaşmağı, qurban psixologiyasından çıxmağın yollarını öyrənəcəksiz.