Gönderi

oyanış
6/10
·363 syf.··
2026 1. kitabı
·
28 günde okudu
·
Okunma: 16 Şubat 2026 16:13
Əvvəlcə qeyd edim daha qısa roman ola bilərdi uzadılan bölmələr bir an kitabı yarım qoyma hissini yaratdı məndə. Ona gorə balı qırdım. Sıxılırdım amma davam etdim. Psixoloji aspektdən yanaşdığımda obrazları analiz etmək mənə daha maraqlı gəldi. Təəssüf ki, doğulduğumuz ailəni biz seçmirik və illərlə onların doğruları ilə böyüyürük və dünyanın da bu doğrulardan ibarət görürük. Düşünürəm ki, bu “doğruların” da səhvliklərini dərk edərək, anladıqca formakaşmağa başlayırıq. Elə böyümə də burdan başlayır. Taranın da bu şəkildə oyanış hekayəsini oxuyuruq. Dəyişim daxildən başlayır bir qıvılcım bəs edir oyanış üçün. Taranın ailəsi(ata,qardaşı) ilə yaşadığı problemi və qırmaq istədiyi “zənciri” oxuduqda çox düşündüm bəzən də elə olmur ki, hər şey çox açıq aydın görünür amma dəyərlərimiz və ya ağır duyğularımız bizi arada saxlayır qəbullana bilmirik o arada qalırıq. Sorğulayırıq doğru cavabı bilirik amma əksini çıxarmaq üçün özümüzü inandırmağa çalışırıq… bunları hiss etdim Taranın hekayəsini oxuduqda. Burda da bölüşmək istədim. Son səhifələr daha maraqlı idi. Bir nəfəsə oxundu. Tara Westover Talebe
TalebeTara Westover · Domingo Yayınevi · 20194,781 okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.