10/10
·80 syf.··
2025 9. kitabı
Sevil "Bu qiymətli əsər 1928 illərdə Cəfər Cabbarlı tərəfindən yazılıb. Əsərdə Qadın azadlığından bəhs olunur. Əsərin baş qəhrəmanı Sevil ilk başlarda cahil, öz hüquqlarını bilməyən, savadsız bir qadın idi və həyat yoldaşı Balaş tərəfindən alçadılırdı. Balaş Sevilə xəyanət edir, oğlunu Sevilən ayırır və başqa qadın ilə evlənir. Daha sonra Sevil həm işləyir həm də ki təhsil alır və daha sonra təhsilinə xaricdə davam edir. Və əsərin sonlarındaki Sevil ilə ilk başlarda ki Sevil arasında dağlar qədər fərq olduğunu oxuyuruq. Artıq Sevil güclü, öz ayaqları üzərində durmağı bacaran, öz hüquqlarını bilən, özgüvənli, savadlı bir qadına çevrilir. Hətta qadın azadlığı haqqında kitablar yazır. Axırda Balaş peşman olur və Sevildən üzr istəyir, barışmaq istəyir amma Sevil qəbul etmir. Bu kitab məncə hər bir qadının oxumalı olduğu kitablardandır. Son olaraq Cəfər Cabbarlıya o cür dövrdə bu cür əsəri qorxmadan, çəkinmədən qələmə aldığı üçün çox təşəkkürlər. Ruhu şad olsun."
Edebiyat
SevilCafer Cabbarlı · Xan Nəşriyyatı · 2024616 okunma
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.