Puan vermedi·308 syf.····Okunma: 20 Şubat 2026 21:08 Elxan Elatlı ilə bağlı linçlər bilirsiniz ki, çoxdur. Neçə vaxtdır ki, Elxan Elatlının əsərləri ilə bağlı fikrimi bölüşmək istəyirdim, amma bu onun bir-iki kitabını oxumaqla mümkün olan şey deyil əlbəttə ki. Ona görə də bacardığım qədər kitablarını oxudum. “Xəyanət”, “Susan qadın”, “Mərtəbələr” “Qan ləkəsi”, “Pəncərədə görünən kölgə”. Hələ ki, bu kitablarını oxumuşam, “Qan ləkəsi”ni isə yarım buraxmışam. Bu yazıçının əsərlərini oxumaq mənim üçün çətindir, ona görə ki, hədsiz dərəcədə cinsəlliyə yer verir. Qadınları türklər demiş “cinsel obje” kimi göstərir sanki. Hər nə qədər onların elə olmadıqlarını yazsa da… Biz oxuyanda o cür hiss edirik. Hər əsərində mütləq hansısa qadın 2 və ondan daha artıq kişi ilə yatmağa meyillidir. Məhəbbətlə bağlı nəyəsə yer veribsə də, orada saf hislərdən danışmaq yerinə iki nəfərin bir-birinə olan ehtiraslarını, yatağa necə girməklərini yazır. Dedektiv mövzudan daha çox sanki cinsəl əlaqə ön plandadır. Biz kitabı oxuyanda cinayəti xəfiyyə ilə birlikdə araşdırmağı sevirik. Kitabın 30%-i bununla bağlı, qalan 70%-i isə cinsəl əlaqə ilə bağlıdır. Hətta 70%-i əhatə edən mövzunu digərindən daha dəqiq yazır deyə bilərik. Bu əsərində bir an Qanbay Qasımlının Elnarəyə qarşı ehtiraslarının oyandığından qorxuya düşdüm, çünki artıq yazıçının bir çox əsərində kişilərin qadında ilk bədənə baxdığı, beyinlərindən keçən fantaziyalar göstərilir. Bir mövzuya bir formada bir dəfə toxunarsan. Hər kitabında, eyni formada eyni mövzuya toxunmaq onun ləzzətini qaçırır, hətta ağı dad verməyə başlayır. Hər şey qədərində gözəldir, həddindən artıq yox. Hələ ki əsərlərindən sadəcə “Mərtəbələr” əsərini çox bəyənirəm, çünki əsərin sonunda verilən mesaj çox gözəldir. Yazıçımız işin dadını daha da qaçırmadan bir nöqtədə artıq dursa və bundan artığını yazmasa daha yaxşı olar. Ən azından onu mənalı bir neçə əsəri ilə yaddaşımızda həkk edə bilərik. Yoxsa bu gedişlə yaddaşlarda “ancaq cinsəlliyi ön plana çəkən” yazıçı olaraq qalacaq. Yenə də əgər, Elxan Elatlını sevən və hər hansı bir əsərini tövsiyə etmək istəyən varsa, fikirlərə açığam