"Avropada zərif cinsin nümayəndələrinə verilən "ifrať" hüquq və azadlıqlar, onlara göstərilən “mənasız" ehtiram və avropalı kişilərin açıq-saçıq geyinən və xəyanət edən qadınlara qarşı qısqanc və tələbkar olmaması müsəlmanları dəhşətə gətirirdi".
Sayfa 113·Kitabı okuyor
·
60 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Avropalı qadınların açıq -saçıq geyimləri onlara " ehtiram"ın nəticəsi deyil. Ehtiram göstərməməyin nəticəsidir. Əlçatan, istifadəyə müsait olmaqları qadını azad da etmir. Müsəlman qadınlar da örtünmə feilini kişilər qısqanmasın və yaxud onların tələbləri yerinə yetsin deyə də etmirlər. Bunu istəyə Allahdır. Allahın tələbi yerinə yetirilir. Bernardın İslamı və müsəlmanları anlamağı da bu qədər olar.
Ali Aliyev
Gönderi Sahibi
Onsuz da Bernard Lyuisin arqumentləri "Qərb mərkəzli" baxış bucağından ortaya atılıb. Üstünlüyü ondan ibarətdir ki, hər kəsin bildiyi geriləmə səbəblərini bir balaca obrazlı və geniş şəkildə əsər halında çap etdirib. Çünki əsərdə əməlli klişe fikirlər var və orjinal nəsə tapılmır. Sadəcə tarixi informasiya baxımından zəngindi deyə davam edirəm. Ordakı ehtiramdan açıq-saçıq geyindilər demir əslində, sadəcə müsəlmanların qəbul etdiyi mənəvi dəyərlərdən çox uzaq anlayış olduğunu vurğulayır. Amma məlum məsələdir ki, mənəvi dəyərləri boş vermiş cəmiyyət və onun fərdləri idarə edilməyə daha uyğundur. Çünki insanda təbiəti etibarilə yalnız heç bir qarşılıq güdmədən reaksiya verdiyi yeganə şey mənəvi dəyərlərdir. Onu da əlindən verən cəmiyyət müəyyən qarşılıqlar almaqla hər şeyi edər. Nəsə ki Bernardı kitabları yarıda saxlamağı sevmirəm və Ramazan ayı dini mövzulara bu və ya digər üsulla toxunan əsərləri oxumaq istəyirəm deyə davam edirəm)