·704 syf.··Beğendi
···Okunma: 25 Şubat 2026 18:56 Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsəri 1866-cı ildə nəşr olunandan bu yana dünya ədəbiyyatının zirvələrindən biri hesab olunur.Baş qəhrəmanımız Rodion Romanoviç Raskolnikov, Peterburqda yaşayan kasıb bir tələbədir. O, dünyanı iki qrupa bölür: Qanunlara tabe olan, "çoxalmaq üçün material" rolunu oynayan çoxluq. Vəə Napoleonlar yeni bir söz demək naminə qanunları tapdalamağa, hətta "vicdan naminə qana" icazə verən şəxslər.Raskolnikov özünün bu ikinci qrupa aid olub-olmadığını yoxlamaq üçün yaşlı bir sələmçi qadını öldürməyə qərar verir...Kitabın maraqlı tərəfi odur ki, cinayət hadisəsi əsərin lap əvvəlində baş verir. Romanın qalan hissəsi isə Raskolnikovun çəkdiyi mənəvi əzablar, qorxu və özü ilə apardığı psixoloji müharibədən bəhs edir. Dostoyevski göstərir ki, ən ağır cəza hüquqi deyil, insanın öz vicdanı tərəfindən verilən cəzadır..Dostoyevski bir insanın cinayətdən sonra necə dəli həddinə çatdığını o qədər real təsvir edir ki, sanki Raskolnikovun düşüncələrini özü yaşayır..Əgər bu kitabı oxumağı planlaşdırırsınızsa, sizə mütləq Soniya və Raskolnikovun İncil oxuduqları səhnəyə diqqət yetirməyi tövsiyə edirəm – bura əsərin mənəvi dönüş nöqtəsidir...Və ən sonda qeyd etmək isdeyiremki Dostoyevski bu romanı qumar borclarını ödəmək üçün çox qısa müddətdə və böyük maddi çətinliklər içində yazıb. Bəlkə də əsərdəki o gərgin və boğucu atmosferin bir səbəbi də müəllifin öz həyatındakı sıxıntılar olub...