Sonsuz sevgilərlə,sənin Sigmundun...
Puan vermedi·183 syf.··
2026 3. kitabı
Bəzən bir psixoloqun quru nəzəriyyələrdən ibarət olduğunu düşünürük. Amma “Sevgi məktubları”nı oxuyanda gördüm ki, Freyd təkcə insan şüurunu yox, öz ürəyini də analiz edə bilən biri imiş.Bu kitab mənə sübut etdi ki, ən sərt görünən zəka belə sevəndə kövrəlir. Məktublarda təkcə romantika yoxdur, orda həsrət var, ehtiras var, qısqanclıq var, hətta zəiflik var. Freydin cümlələrində bir tərəfdən məntiqin səsi gəlir, digər tərəfdən isə sevməkdən qorxmayan bir kişinin ürəyi danışır. Oxuyarkən ən çox təsirləndiyim məqam onun sevgini bir ehtiyac kimi deyil, daxili bir yanğı kimi yaşaması idi. Sanki hər məktubda qarşı tərəfə yox, həm də öz daxilinə müraciət edir.Bu kitabı oxuyandan sonra düşündüm: sevgi nə qədər analiz olunsa da, yenə də sirr olaraq qalır. Bəlkə də Freyd bunu hamıdan yaxşı bilirdi. Kitabdan ən təsirləndiyim bir cümlə: “Sənsiz keçən hər gün, ruhumun bir parçası sanki yerində deyilmiş kimi natamamdır.” Əgər kiməsə qarşı hissləriniz varsa və onları izah edə bilmirsinizsə, bu kitab sizə göstərəcək ki, hətta psixoanalizin atası belə sevəndə sadəcə bir insandır.Oxumağa dəyər. Çünki burada nəzəriyyə yox, ürək danışır.
1000Kitap
Sevgi MəktublarıSigmund Freud · Qanun Nəşriyyatı · 2014107 okunma
·
16 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.