·136 syf.··Beğendi
···Okunma: 09 Ocak 2023 08:55 Kitabın məkanı xəyali bir möcüzə dükanıdır,hekayəsi isə dükanın yaşlı satıcısı ilə müxtəlif müştəriləri arasında keçən söhbətlər,"alış-verişlər" haqqındadır.İnsanlar ən çox istədikləri şeylərə çatmaq üçün bu dükana gəlirlər,məsələn böyük bir sevgi,cəsarət, keçmişi dəyişmək istəyi, qorxulardan azad olmaq diləyi və s.
Ancaq bir həqiqətlə üz-üzə qalırlar,istəkləri üçün bir bədəl ödəməlidirlər.
Və müştərilərdə bir əsas sual yaranır:
Həyatda ən çox istədiyiniz şey, doğrudan da sizin üçün ən yaxşı olan şeydirmi?
Kitabı sevərək bitirdim,qısa olsa da düşündürücüdür.Dili axıcıdır rahatlıqla oxunur.
Həyatımızda çox istədiyimiz diləklərin,arzuların həqiqətən o qədər də önəmli olub olmadığını sorğuladır.
Bəzən insan elə bilir ki, istədiyi şeyə çatanda hər şey tamamlanacaq. Amma düşünəndə bəzən yolun özü nəticədən daha qiymətlidir. Çünki bəzi arzuların bədəli, sahib olduqlarımızdan daha ağır ola bilər.