Əsər gələcəkdə, kitabların qadağan edildiyi və yandırıldığı bir cəmiyyətdə keçir.Kağızın alovlanıb yandığı hərarət 451° olduğu üçün əsər belə adlanıb. Baş qəhrəman Qay Monteq “yanğınsöndürən”dir, amma onun işi yanğını söndürmək yox, kitabları tapıb yandırmaqdır. Cəmiyyət insanların düşünməsini istəmir; televiziya, səthi əyləncələr və itaət əsasdır.
Monteq Klarissa adlı gənc qızla tanış olduqdan sonra həyatına və işinə şübhə ilə yanaşmağa başlayır. Klarissa ona düşünməyi, sual verməyi xatırladır. Monteq gizlicə kitab oxumağa başlayır və anlayır ki, kitablar insanlara düşüncə, yaddaş və azadlıq verir.
Əsər kitabların həyatımızda nə qədər mühüm rol oynadığını göstərməklə yanaşı, əslində düşünməyin və sual verməyin özü ilə əlaqəlidir. İnsanların ekranlara həddindən artıq bağlı olması, dərinlikdən uzaq əyləncələrlə kifayətlənməsi və bunun zamanla düşünmə qabiliyyətini zəiflətməsi əsərin ən düşündürücü tərəflərindəndir.
Klarissa obrazının kitabın sonuna qədər iştirak etməsini istərdim; o, hekayəyə fərqli bir baxış qatırdı. Monteqin əsər boyu keçirdiyi dəyişimi isə maraqla oxudum.
Əsərin dili axıcıdır, rahat oxunur. Gec oxuyub bitirməyim kitabla yox mənimlə bağlı idi — əksinə, mənim üçün olduqca maraqlı oldu,sevərək oxudum. Əsərin filmi də var,yaxında izləməyi düşünürəm.
Kitabın məkanı xəyali bir möcüzə dükanıdır,hekayəsi isə dükanın yaşlı satıcısı ilə müxtəlif müştəriləri arasında keçən söhbətlər,"alış-verişlər" haqqındadır.İnsanlar ən çox istədikləri şeylərə çatmaq üçün bu dükana gəlirlər,məsələn böyük bir sevgi,cəsarət, keçmişi dəyişmək istəyi, qorxulardan azad olmaq diləyi və s.
Ancaq bir həqiqətlə üz-üzə qalırlar,istəkləri üçün bir bədəl ödəməlidirlər.
Və müştərilərdə bir əsas sual yaranır:
Həyatda ən çox istədiyiniz şey, doğrudan da sizin üçün ən yaxşı olan şeydirmi?
Kitabı sevərək bitirdim,qısa olsa da düşündürücüdür.Dili axıcıdır rahatlıqla oxunur.
Həyatımızda çox istədiyimiz diləklərin,arzuların həqiqətən o qədər də önəmli olub olmadığını sorğuladır.
Bəzən insan elə bilir ki, istədiyi şeyə çatanda hər şey tamamlanacaq. Amma düşünəndə bəzən yolun özü nəticədən daha qiymətlidir. Çünki bəzi arzuların bədəli, sahib olduqlarımızdan daha ağır ola bilər.