Bookish esi

Bookish esi
@_ibrahimli
Patience...Great things take time
Azərbaycan
296 okur puanı
Nisan 2020 tarihinde katıldı
Puan vermedi·202 syf.··
2026 1. kitabı
Əsər gələcəkdə, kitabların qadağan edildiyi və yandırıldığı bir cəmiyyətdə keçir.Kağızın alovlanıb yandığı hərarət 451° olduğu üçün əsər belə adlanıb. Baş qəhrəman Qay Monteq “yanğınsöndürən”dir, amma onun işi yanğını söndürmək yox, kitabları tapıb yandırmaqdır. Cəmiyyət insanların düşünməsini istəmir; televiziya, səthi əyləncələr və itaət əsasdır. Monteq Klarissa adlı gənc qızla tanış olduqdan sonra həyatına və işinə şübhə ilə yanaşmağa başlayır. Klarissa ona düşünməyi, sual verməyi xatırladır. Monteq gizlicə kitab oxumağa başlayır və anlayır ki, kitablar insanlara düşüncə, yaddaş və azadlıq verir. Əsər kitabların həyatımızda nə qədər mühüm rol oynadığını göstərməklə yanaşı, əslində düşünməyin və sual verməyin özü ilə əlaqəlidir. İnsanların ekranlara həddindən artıq bağlı olması, dərinlikdən uzaq əyləncələrlə kifayətlənməsi və bunun zamanla düşünmə qabiliyyətini zəiflətməsi əsərin ən düşündürücü tərəflərindəndir. Klarissa obrazının kitabın sonuna qədər iştirak etməsini istərdim; o, hekayəyə fərqli bir baxış qatırdı. Monteqin əsər boyu keçirdiyi dəyişimi isə maraqla oxudum. Əsərin dili axıcıdır, rahat oxunur. Gec oxuyub bitirməyim kitabla yox mənimlə bağlı idi — əksinə, mənim üçün olduqca maraqlı oldu,sevərək oxudum. Əsərin filmi də var,yaxında izləməyi düşünürəm.
1000Kitap
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,1bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
9/10
·136 syf.··
Beğendi
·
2023 1. kitabı
·
11 günde okudu
·
Okunma: 09 Ocak 2023 08:55
Kitabın məkanı xəyali bir möcüzə dükanıdır,hekayəsi isə dükanın yaşlı satıcısı ilə müxtəlif müştəriləri arasında keçən söhbətlər,"alış-verişlər" haqqındadır.İnsanlar ən çox istədikləri şeylərə çatmaq üçün bu dükana gəlirlər,məsələn böyük bir sevgi,cəsarət, keçmişi dəyişmək istəyi, qorxulardan azad olmaq diləyi və s. Ancaq bir həqiqətlə üz-üzə qalırlar,istəkləri üçün bir bədəl ödəməlidirlər. Və müştərilərdə bir əsas sual yaranır: Həyatda ən çox istədiyiniz şey, doğrudan da sizin üçün ən yaxşı olan şeydirmi? Kitabı sevərək bitirdim,qısa olsa da düşündürücüdür.Dili axıcıdır rahatlıqla oxunur. Həyatımızda çox istədiyimiz diləklərin,arzuların həqiqətən o qədər də önəmli olub olmadığını sorğuladır. Bəzən insan elə bilir ki, istədiyi şeyə çatanda hər şey tamamlanacaq. Amma düşünəndə bəzən yolun özü nəticədən daha qiymətlidir. Çünki bəzi arzuların bədəli, sahib olduqlarımızdan daha ağır ola bilər.
1000Kitap
Büyü DükkanıYeşim Türköz · Epsilon Yayınları · 20234,571 okunma
Puan vermedi·250 syf.··
Beğendi
·
2022 17. kitabı
·
23 saatte okudu
·
Okunma: 08 Ağustos 2022 08:55
Maraqlı bir kitab idi,oxumağa dəyər.Çoxdan oxumuş olsam da kitab şkafında görüb bir-iki cümlə yazmaq istədim.Fantastik bir hekayə oxuduğumu zənn edirdim amma sonu təəccübləndirdi və duyğulandırdı :( Şəhriyarın başına gələn macəraları hər kəsə oxumağı tövsiyə görürəm.
1000Kitap
KeçidVasif Zahidov · Mücrü Nəşriyyatı · 202113 okunma
Puan vermedi·304 syf.··
Beğendi
·
2021 4. kitabı
·
10 günde okudu
·
Okunma: 15 Mart 2021 22:54
Keçən il seriyanın ilk kitabını oxumuş və çoox bəyənmişdim. Yəqin ki,çoxumuz kitab oxuyarkən bəzən hər hansısa obrazın yerində və yaxud da həmin kitabın içində olmağı istəyirik. Birinci kitab olan "Darağacı dansı"nda tam da bu olur.Violet "Darağacı dansı" kitabının və filminin heyranıdır.Ən sevdiyi obraz olan Rose kimi geyinən Violet,qardaşı və dostları-Alice,Katie ilə kitabın obrazları ilə tanış olmaq üçün Comic-Cona gedirlər.Baş verən qəza nəticəsində Darağacı dansı dünyasına daxil olurlar.Kitabdakı hər şeyi əzbərə bildiklərinə görə hekayəyə uyğunlaşıb öz dünyalarına qayıtmağı planlayırlar.Ancaq ilk beş dəqiqədə Rose'un ölümünə səbəb olub asilər tərəfindən tutulurlar və heç nə gözlədikləri kimi davam etmir. "Darağacı şarkısı" İkinci kitab da birinci qədər möhtəşəm idi. Violet və dostları hekayəni tamamlayıb öz dünyalarına qayıtsalarda Violetin qardaşı Nate komada, yəni hələdə Darağacı dansı dünyasına həbs olmuşdu.Onu geri qaytarmaq üçün isə tək yol yenidən o dünyaya qayıtmaq idi.Və yenidən qəhramanlarımızın başlarına gələn həyəcan verici hadisələri oxuyuruq. Kitabın bitməsini heç istəmirdim.Mən ilk kitab qədər çox sevdim.Ən sevdiyim obraz isə Ash oldu. Kitab o qədər gözəl idi ki,axıcı və sıxılmadan oxunurdu.İçində dostluq,sevgi,xəyanət vardı.Bol Əyləncəli,aksiyonlu və fantastik kitablar oxumağı sevirsinizsə mütləq bir şans verin.
1000Kitap
Darağacı Şarkısı Anna Day · Yabancı Yayınevi · 2020563 okunma
Puan vermedi·208 syf.··
Beğendi
·
2021 3. kitabı
·
26 saatte okudu
·
Okunma: 18 Şubat 2021 19:12
Yazıçı genetik göz xəstəliyi (Stargardt xəstəliyi) olduğunu öyrəndikdən sonra öz həyatından yola çıxaraq bu ilk kitabını yazmışdır. Doqquz yaşında bir qız uşağı olan Mafalda altı ay içində görmə funksiyasını itirəcəyini öyrənir.Və onun bu xəbərlə necə başa çıxdığını,duyğularını,yaşadığı sıxıntıları,qaranlıqda yolunu tapmasını,dostları və ailəsi ilə əlaqələrini oxuyuruq.Mafalda görmə funksiyasını itirdiyi zaman da edə biləcəyi və bir daha edə bilməyəcəyi şeylərin siyahısını hazırlayır. "Senin için vazgeçilmez olanı bul Mafalda" Özü üçün vazgeçilməzin axtarışına çıxan,bu xəstəliyə təslim olmayan Mafaldanın təsirli, duyğu yüklü və ilham verən həyatını oxumağı tövsiyə edirəm. "..korku düşünmene engel olur.Bunun üstesinden gelebilen insanlar büyüyüp güçlenir."
Edebiyat
Kiraz Ağacı ile Aramızdaki MesafePaola Peretti ·  Genç Timaş Yayınları · 202015,6bin okunma