Gönderi

Puan vermedi·328 syf.··
2026 3. kitabı
·
9 günde okudu
·
Okunma: 12 Mart 2026 14:18
TRT 1-də gördüyüm "Mavi kelebekler" serialından sonra Bosna faciəsi mənə maraqlı gəlmişdi. Əslində insanın həyat eşqini söndürən hadisələr yaşanılır bu savaşda lakin, mən o serialı izlədikdə həyat eşqim yaranır. Mülki Bosna xalqı silahsız olmalarına baxmayaraq könüllü olaraq Yeşil bereli ordusu quraraq illərlə bu zülmə dirənc göstərdilər. Hər şeyə rəğmən həyata davam etdilər. Kitabın dili çox sadədir. Ümumi axarına görə yaxşı idi amma, lazım olan yerlərdə duyğu cəhətdən əskik qalırdı. 16-18 yaşlarımda oxuduğum kitabların yazı tərzi idi. Müharibənin təsviri və ardıcıllığı reallığı əks etdirirdi. İnsanlar bu faciəni və hələ yazılmayan, bilinməyən müxtəlif vəhşilikləri aylarla və illərlə yaşayıb, dözüblər. Bu reallığı isə Avropa görməzdən gəldi. Çünki onlar müsəlman idilər. Professor Duşanka sevdiyim obraz oldu. Aliya İzzetbegoviç haqqında yazılanlar haqqında araşdırma edəcəm, çünki kitabda deyildiyi kimi biri olduğunu zənn etmirəm.
Savaş
İncir KuşlarıSinan Akyüz · Alfa Yayınları · 202433,3bin okunma
·
97 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
"Alija" serialı da var. Altı seriya olmalıdır. Aliya İzzetbegoviç -in həyatından bəhs edir. Kitablarını da oxumaq istəyirəm.
Sədəf Qəhrəmanlı
Gönderi Sahibi
Hə, bu serialdan bir az sonra çıxmışdı. İzləyəcəm onu da, uşaq vaxtı izləyə bilməmişdim.