Puan vermedi·880 syf.····Okunma: 14 Mart 2026 19:52 Bəlkə də qəlbimin hansısa dərinliyində bu kitabı Rusiyanın soyuq,boz günlərində oxumaq istəyi vardı,bilmirəm… İllərdir haqqında eşitdiyim,ətrafımdakı insanların dilindən düşməyən, "mütləq oxunmalıdır" deyilən bir şah əsəri 45 gün sonunda bitirdim.Rs dövrümə təsadüf etdiyi üçün biraz gec oldu,yoxsa daha tez bitirərdim.Kitaba başladığım andan etibarən gözlərim hər sətirdə Annanı axtarırdı,səbirsizliklə kitaba daxil olacağı anı gözlədim.Adı Anna olan,amma Annadan 100–150 (təxmini)səhifə bəhs edən bir kitab.Müəyyən yerə qədər Levini oxuduqca əsəbləşirdim "Bəsdi, artıq mən Annadan oxumaq istəyirəm" deyə oxumağa həvəsim ölürdü.Ancaq sonradan düşüncəm tərsi yönündə dəyişdi.Levini oxumaqdan çox böyük zövq aldım.Onun daxili dünyası,düşüncələri,həyata baxışı o qədər gözəl təsvir olunmuşdu ki,zaman-zaman Levində özümə oxşarlıqlar tapırdım.Xüsusilə də son hissədə kitabı yerə qoymaq qeyri-mümkün olmuşdu.Bu müddət ərzində kitabla o qədər bütövləşmişdik ki,bitməsin deyə oxumaq istəmirdim.
İndi isə gələk Annaya… Haqqında həm çox danışmaq istədiyim,həm də söz tapmadığım bir obraz.Əslində qalsa,mən Annaya heç bir yerdə haqq qazandıra bilmədim.Yəni qəlbində bir məhəbbət olduğunu hiss etmədim,o duyğu mənə keçmədi.Məhəbbətdən ziyadə,sanki bağlılıq,obsesiya vardı.Sanki durğun,sıxıcı,mənası olmayan həyatında bir məna axtarırdı,həyatındakı boşluqları doldurmaq üçün cəhd edirmiş kimi təsir bağışladı mənə."Vronski üçün məhəbbətim üçün Seryojamdan vaz keçdim" düşüncəsinin bağışlanılacaq tərəfi yoxdu,deyə düşünürəm.Mənasız qısqanclıqları Vronski ilə bərabər məni də sıxırdı.Lakin çox qəribə şəkildə ona tam nifrət edə,onu qınaya bilmədim.Hərəkətləri,xüsusilə də sonlara yaxın,Levinlə bağlı olan hissə məndə ikrah doğurdu,amma bunu obraza qarşı nifrət adlandırmaq mümkün deyil.Mənə maraqlı gələn daha bir məqam Annanın sevmədiyi adamdan olan oğlunu "sevməsi",sevdiyi adamdan olan qızını isə sevməməsi idi. Və ən sonda çıxış yolunu,Vronskinin təkrar məhəbbətini qazanmaq yolunu,daxili aləmini zəbt edən qaranlıqdan çıxış yolunu ölümdə gördü.Qatarda başlayan sevgi elə qatarda da sonlandı.
"Mütləq oxunmalıdır" deyənlərə mən də qatılıram.Söhbət sadəcə məhəbbət üzərinə qurulmayıb.Əsərdə o qədər dərin,düşündürücü məqamlar var ki,məhəbbət bunların gerisində qalır.
Düşünürəm ki,bəzi kitablar vardır ki,onları oxuduqdan bir müddət sonra anlayırsan.Bəzilərini isə anlamaq üçün bir daha oxumaq gərəkdir.Bəlkə də zaman keçdikdə,dərk etmədiyim,bəlkə də mənə absurd gələn məqamlara sonradan fərqli yanaşacağam,bilmirəm. Amma bir şeyi bilirəm:nə yaxşı ki,bu əsəri oxudum.Oxuyun,oxutdurun♡