·448 syf.····Okunma: 22 Mart 2026 17:05 Yeganə kitabdır ki, sətirlərini xətlədiyim hissələrin sayı-hesabı yoxdur. Necə qəlbimə toxundu… Bu qədər təsirli olduğunu düşünməmişdim. Yeganə kitabdır ki, oxuduqca gözlərim dolurdu. Sanki həmin səhnələri yaşadığımı hiss edirdim. Elə qəhər boğurdu ki məni. Yaxın Şərqdə baş verən proseslər daim diqqətim olub, marağımı çəkib. Amma bu kitab məni onlara sanki daha da yaxınlaşdırdı. Talibanın etdiklərini az-çox eşidirik. Amma burada - daha aydın ifadələr… Söhrabı tutub qucaqlamaq istəyirdim. Onu beynimdə elə canlandırmışam ki, çox şirin gəlir mənə. Amma kitabın başında ən sevdiyim obrazdan kitabın sonunda zəhləm getdi, heyif.