Gönderi

Puan vermedi·351 syf.··
2026 4. kitabı
·
3 günde okudu
·
Okunma: 27 Mart 2026 21:44
"Səadətin də bir qiyməti var. Onu ödəmək lazımdır." Bəzən həyat o qədər də ədalətli olmur, xüsusən, sən bir şeyləri feda edirsənsə. Amma biz bunu həyatdan gözləyirik. Görəsən bu qədər verilən fədakarlıqlar əbəs yerə idimi? Yaşanmamış bir həyatı seçməliydik, yoxsa, sonsuz sayda qurban verilən xoşbəxtlikləri? O xoşbəxtliklər ki, gələcək üçün sanki bir yatırım idi, ne zamansa, bir gün xoşbəxt olmağa verilən bir yatırım.. Həyatı günahlandıra bilərəm, ədalətsizdir, sən onu sevəndə o sənə "hələ hazır deyiləm" deyir. Və ya sən hazır olmayanda o "səni sevirəm",- deyir. Bu kitab o qədər dərinimə endirdi ki məni. Çoxdandır o dərinlik ilə üzləşə bilmirdim. Qəlbimin dərin qatları canlandı və bu hissi unutmuşdum. Bu qədər dərin hiss edə bildiyimi unutmuşdum. Uzun zamandır oxuduğum hər hansısa roman mənə belə təsir etməmişdi. Niye sevdim bilirsiniz ? Çünki bir qadının daxili ağrılarını, yalnızlığını, iztirablarını oxumaqla bərabər, ilk sevgisini və son sevgisini də oxudum. Hər kəsdən gizlədilən amma bir qadının necə hiss etməli olduğunu bildiyim bütün hissləri oxudum. Məsumə mənim üçün sadəcə bir obraz deyildi, həm də daxili səsim idi. Oxuyun dəyərli dostlar. Xüsusən də qadın ruhundan anlamaq istəyirsinizsə
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,400 okunma
·
37 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.