Puan vermedi·288 syf.····Okunma: 31 Mart 2026 21:27 Çox axıcı və yazarın düşüncələrində rahatlıq tapdığım bir əsər oldu. Həyat mübarizə ilə doludur, amma nə zaman ki, onun da sənə verdiyi ülvi hissləri görürsən- bu zaman əsl yaşanmağa dəyər bir yerə çevrilir.
Əsər bir canavarın (yarı canavar yarı it) dünyaya gəlməsi və həyatında məna axtarması üzərinə keçdiyi acılı-şirinli həyat hekayəsindən bəhs edir. Onun timsalında biz əslində bir insanın həyat yolunu da dərk etmiş oluruq.
Ilk qorxular, tərk etmələr, yalnız mübarizə aparmalar və ən əsası ilk sevgilər.
Mən çox sevdim, sakit bir süjet olsa da daim oxumaq istəyirdim və maraqla nə olacağını gözləməkdən daha çox, Bəyaz dişin necə dəyişdiyini görməyi istəyirdim.
Həyatda sehrinə bələd olduğumuz çox az şey var, ümid edirəm ən gözəlləri bizim qarşımıza çıxar :)