Gönderi

Puan vermedi·360 syf.··
2026 5. kitabı
·
15 günde okudu
·
Okunma: 05 Nisan 2026 10:20
Spoiler ola bilər İlk növbədə təəssüf ilə bildirmək istəyirəm ki,1 günə oxunulacaq qədər maraqlı bir kitabı 15 günə oxudum.Bütün ruhumu əsarətə alan bu "kitab oxuya bilməmək" hissindənmi deyim,dövründənmi deyim,hər nədirsə qurtula bilmirəm.Kitab çox maraqlı,axıcı və eyni zamanda təsirli idi.Orxanın öldüyü hissədə ağlamadan dura bilmədim.Hələ Əqdəmı demirəm…Lakin Salmanın əsərinin özünə məxsus olmamasının gizli qalmasını gözləmirdim.Eyni zamanda Cəfərə olunan haqsızlığın ortaya çıxmaması da diqqətimi çəkdi.Və burdan yola çıxaraqdan öyrəndim ki,kitabın davamı var imiş.Ən çox təsir edən isə o oldu ki,insan bu dünyadan getsə belə,onun qoyduğu iz qalır… Bəlkə də biz fərqində olmadan başqalarının həyatında bir “kölgə”yə çevrilirik.
Təyyarə KölgəsiƏlibala Hacızadə · KitabKlubu · 201559 okunma
·
101 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Ən çox sevdiyim, ən çox təsirləndiyim kitablardan biridir. Davamı olan "Vəfalım mənim" nisbətən zəifdir. Və çox məqam müəmmalı qalır. Sanki üçüncü kitab da yazılacaqmış, amma nədənsə yazılmayıb kimi. #264309845
Nzrynnn
Gönderi Sahibi
Düzdür,yarımçıq hissi buraxan kitabları o qədər də sevmirəm,amma bu kitab başqadır,ona görədə davamına mütləq şans verəcəm.Fikirlərinizi bölşdüyünüz üçün təşəkkür edirəm🫶🏻