Hyunam-Dong Kitabevi 22 yaşında ilk dəfə seçdiyi ixtisas üzrə işləyən biri olaraq başlanğıcı düzgün bir yerdə etmədim. Mühit anlayışsız, fürsətcil və ikiüzlü insanlarla doludur. Sadəcə bura təcrübəsizliyimə baxmayaraq mənə şans verdiyinə görə bir müddət burada təcrübə yığıb, özümü daha yaxşı yerlər üçün inkişaf etdirməyə çalışıram. Yenə də içimdə bir sual var: Görəsən hər yermi belədir, yoxsa həqiqətən yaxşı kollektivlər də var? Məhz belə düşüncələrin içində itəndə bu kitabla qarşılaşdım — Welcome to the Hyunam-dong Bookshop. Kitab mənə isti bir sığınacaq kimi gəldi. Baş qəhraman və yan obrazların istiliyi mən çox tanış hisslər yaşatdı. Sanki onların hekayəsində özümü tapdım. Bəzən mən də hər şeyi geridə qoyub, kitab evi açıb, yeni bir həyata başlamaq, həyatımı kitablar və isti kofe qoxusu içində yaşamaq istəyirəm. Amma bəlkə də geridə qoymalı olduğum hər şey deyil, sadəcə köhnə "mən"dir.