Gönderi

Erich Fromm artıq ən sevdiyim yazarlardan biridir
10/10
·143 syf.··
Beğendi
·
2026 2. kitabı
·
25 günde okudu
·
Okunma: 09 Nisan 2026 23:56
Yazarın artıq ikinci kitabı idi ki,oxudum.Yaxşı ki,oxumuşam dediyim kitablardan biri oldu belə ki,içində həm psixoloji həm fəlsəfi həm də yeri gəldikcə sosioloji tərəflərdən mövzuya baxılıb. Kitabda şiddətin qaynağını 3 əsas faktor olaraq bildirilib.Bundan əlavə narsizm,ölüm və yaşam sevgisi,anaya bağlılıq,azadlıq mövzularına da dərindən toxunulub. Biz "özgür" formada seçimlər etdiyimizi düşünsək də özgürlük anlayışı yoxdur sadəcə o seçimi edənə qədər özümüzə yaratdığımız seçim mərhələsi var.Seçdiyimiz hər bir variantın altında isə şüuraltı "dürtü" dediyimiz hissə yatır.Bəzən ağıl ilə o "dürtü"-ün arasında qalırıq və bizim üçün səhv olduğunu bildiyimiz şeyi seçməyimizin səbəbidə səbəbini bilmədiyimiz "dürtü"-ün ardınca getməkdir. Kitabın dili biraz çətin sayılar, bir cümləni tam anlayıb mənimsəmək üçün 2-3 dəfə oxumaq lazım olur amma elə kitabın əsl ləzzətidə ordadır. İliklərə qədər zövq verən bir kitab oldu mənim üçün
Sevginin ve Şiddetin KaynağıErich Fromm · Payel Yayınları · 19941,703 okunma
·
21 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.