Nuray Rəşidin Vətən Sahibi əsəri şəhidlik haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Xüsusilə kitabda Sahib Məmmədovun həyatı ilə bağlı verilən səmimi və təsirli detallar yaddaşlardan silinməyəcək. Sahib Məmmədovun xarakterik xüsusiyyətləri əsərin əvvəlindən sonuna qədər oxucuda qürur hissi oyadır. Onun həyat yolu, göstərdiyi şücaət və insani keyfiyyətləri Nuray Rəşidin zəhməti sayəsində unudulmayacaq və hər zaman qəlblərdə yaşayacaq.
Gülnar xanımla Sahib Məmmədovun sevgisi onun da arzuladığı kimi, saf və səmimi sevginin gözəl nümunəsi kimi yadda qalacaq.
Nuray Rəşidin şəhidləri tanımaq və tanıtdırmaq məqsədilə başladığı bu dəyərli təşəbbüsü alqışlayır, ona yazıçılıq yolunda uğurlar arzulayıram.