Elnarə Eylazova

Elnarə Eylazova
@Ayna1414
8 okur puanı
Ekim 2025 tarihinde katıldı
Və İstanbul Kimisən
10/10
·80 syf.··
Beğendi
·
2026 5. kitabı
Rəşid bəyin qələmə aldığı “Və İstanbul Kimisən” şeir kitabında duyğular olduqca incə və təsirli şəkildə ifadə olunub. Eyni zamanda şair hisslərini oxucuya çox gözəl şəkildə çatdırır və Rəşid bəyin yaşadığı duyğuları asanlıqla hiss etmək olur. Sərbəst vəzndə qələmə aldığı şeirlərdə türk şairlərinin qələm tərzinin təsiri duyulur. Şeirlərdə ayrılıq, həsrət və əğyar mövzuları da uğurla işlənilib. Xüsusilə “Riyazi sevgi” və “Paralel dünya” kimi şeirlər həm mövzu baxımından maraqlı, həm də ədəbiyyatda nadir rast gəlinən şeir növlərindəndir. Qarşılıqsız sevgi mövzusu Rəşid bəyin baxış bucağından həssas və dolğun şəkildə əks etdirilir. Kitabda yer alan “Yoxsan” şeiri isə xüsusi diqqət çəkir, sevdiyi insanın yoxluğu ilə yaranan boşluq və kədər hissi oxucunun duyğularına toxunaraq onu kövrəldir. Dəyərli və gənc yazar Rəşid bəyə yeni qələmə alacağı kitablarda uğurlar arzu edirəm ..Bəzi şeirləriniz unudulmazdır.. Qələminizə qüvvət yazmağa davam edin
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
Reklam

Elnarə Eylazova

, bir kitap okudu
10/10
·80 syf.··
Beğendi
·
2026 5. kitabı
Rəşid Nəsirzadə
10/10 · 8 okunma
Setralı
8/10
·192 syf.··
Beğendi
·
2026 4. kitabı
"Setralı" romanı qaranlıqlar içində öz ruhunu itirmiş insanlar üçün güclü bir yol göstəricidir. Əsər fantastik üslubda qələmə alınsa da, hadisələr daima canlılığını və inandırıcılığını qoruyur. Ümidini itirməyə bir addım qalmış hər kəs bu romanın səhifələrində özünə işıq tapacaq. Bu kitab oxucunu bir hekayə ilə deyil, həm də daxili oyanışla baş-başa qoyur. Fərid Məhərrəmliyə bu maraqlı və düşündürücü kitabı yazdığı üçün səmimi təşəkkür edirəm. Fərid Məhərrəmli
SetralıFərid Məhərrəmli · Alfacin Nəşriyyatı · 20244 okunma
Yaralı ruhlar
8/10
·38 syf.··
Beğendi
·
2026 3. kitabı
"Yaralı Ruhlar" kitabında emosiyalar çox gözəl şəkildə ifadə olunub. Müəllif daxili hissələrini oxucu ilə səmimi və təsirli şəkildə paylaşıb. Kitab insanın dərinliklərinə enməyi, ruhuna toxunmağı bacarır. Ən gözəl cəhətlərindən biri isə sona qədər oxucu ilə dialoq qurması və onun hisslərini önəmsəməsidir. Səbinə xanımın "Yaralı Ruhlar" kitabını oxuyan hər kəs bu əsərdə mütləq özündən bir parça tapacaq. Daim daxili səsini dinləməyə üstünlük verən Səbinə xanıma "Yaralı Ruhlar"ı qələmə aldığı üçün təşəkkür edirəm. Səbinə Dəniz
Yaralı RuhlarBayramova Səbinə · Bookprint28 Nəşriyyat · 202124 okunma