Elnarə Eylazova

Elnarə Eylazova
@Ayna1414
8 okur puanı
Ekim 2025 tarihinde katıldı
Və İstanbul Kimisən
10/10
·80 syf.··
Beğendi
·
2026 5. kitabı
Rəşid bəyin qələmə aldığı “Və İstanbul Kimisən” şeir kitabında duyğular olduqca incə və təsirli şəkildə ifadə olunub. Eyni zamanda şair hisslərini oxucuya çox gözəl şəkildə çatdırır və Rəşid bəyin yaşadığı duyğuları asanlıqla hiss etmək olur. Sərbəst vəzndə qələmə aldığı şeirlərdə türk şairlərinin qələm tərzinin təsiri duyulur. Şeirlərdə ayrılıq, həsrət və əğyar mövzuları da uğurla işlənilib. Xüsusilə “Riyazi sevgi” və “Paralel dünya” kimi şeirlər həm mövzu baxımından maraqlı, həm də ədəbiyyatda nadir rast gəlinən şeir növlərindəndir. Qarşılıqsız sevgi mövzusu Rəşid bəyin baxış bucağından həssas və dolğun şəkildə əks etdirilir. Kitabda yer alan “Yoxsan” şeiri isə xüsusi diqqət çəkir, sevdiyi insanın yoxluğu ilə yaranan boşluq və kədər hissi oxucunun duyğularına toxunaraq onu kövrəldir. Dəyərli və gənc yazar Rəşid bəyə yeni qələmə alacağı kitablarda uğurlar arzu edirəm ..Bəzi şeirləriniz unudulmazdır.. Qələminizə qüvvət yazmağa davam edin
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
Reklam
Setralı
8/10
·192 syf.··
Beğendi
·
2026 4. kitabı
"Setralı" romanı qaranlıqlar içində öz ruhunu itirmiş insanlar üçün güclü bir yol göstəricidir. Əsər fantastik üslubda qələmə alınsa da, hadisələr daima canlılığını və inandırıcılığını qoruyur. Ümidini itirməyə bir addım qalmış hər kəs bu romanın səhifələrində özünə işıq tapacaq. Bu kitab oxucunu bir hekayə ilə deyil, həm də daxili oyanışla baş-başa qoyur. Fərid Məhərrəmliyə bu maraqlı və düşündürücü kitabı yazdığı üçün səmimi təşəkkür edirəm. Fərid Məhərrəmli
SetralıFərid Məhərrəmli · Alfacin Nəşriyyatı · 20244 okunma
Yaralı ruhlar
8/10
·38 syf.··
Beğendi
·
2026 3. kitabı
"Yaralı Ruhlar" kitabında emosiyalar çox gözəl şəkildə ifadə olunub. Müəllif daxili hissələrini oxucu ilə səmimi və təsirli şəkildə paylaşıb. Kitab insanın dərinliklərinə enməyi, ruhuna toxunmağı bacarır. Ən gözəl cəhətlərindən biri isə sona qədər oxucu ilə dialoq qurması və onun hisslərini önəmsəməsidir. Səbinə xanımın "Yaralı Ruhlar" kitabını oxuyan hər kəs bu əsərdə mütləq özündən bir parça tapacaq. Daim daxili səsini dinləməyə üstünlük verən Səbinə xanıma "Yaralı Ruhlar"ı qələmə aldığı üçün təşəkkür edirəm. Səbinə Dəniz
Yaralı RuhlarBayramova Səbinə · Bookprint28 Nəşriyyat · 202124 okunma
Ölənlə ölünmür, amma qalanla da yaşanmır"
8/10
·180 syf.··
Beğendi
·
2026 2. kitabı
"Ölənlə ölünmür, amma qalanla da yaşanmır" kitabı sevginin hər zaman daha güclü olduğunu və sonda qalib gəldiyini göstərir. Real həyat hekayəsindən götürülən bu əsər Kölgə xanımın təxəyyülü ilə zənginləşdirilərək oxucuya təsirli şəkildə təqdim olunur. Yaşanmış hadisələrin ruhu ilə yazılan roman məhəbbət və sevgi mövzulu kitabları sevənlər üçün xüsusilə tövsiyə olunur. Kitabın ən çox sevdiyim cəhəti “İkinci dəfə sevmək olarmı?” sualı üzərində məni dərindən düşündürməsi oldu. Müəllif oxucuya insan yaşadığı müddətcə sevmək qabiliyyətini itirmədiyini, qəlbin hər zaman yenidən sevə biləcəyini hiss etdirir. Kölgə xanıma sevgi mövzusunda bu qədər səmimi, duyğulu və dəyərli bir roman ərsəyə gətirdiyi üçün, çəkdiyi zəhmətə görə səmimi qəlbdən təşəkkür edirəm.Kölgə
Ölənlə ÖlünmürKölgə · Kitab Çapı Nəşriyyat · 202527 okunma
Vətən Sahibi
9/10
·154 syf.··
Beğendi
·
2026 1. kitabı
Nuray Rəşidin Vətən Sahibi əsəri şəhidlik haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Xüsusilə kitabda Sahib Məmmədovun həyatı ilə bağlı verilən səmimi və təsirli detallar yaddaşlardan silinməyəcək. Sahib Məmmədovun xarakterik xüsusiyyətləri əsərin əvvəlindən sonuna qədər oxucuda qürur hissi oyadır. Onun həyat yolu, göstərdiyi şücaət və insani keyfiyyətləri Nuray Rəşidin zəhməti sayəsində unudulmayacaq və hər zaman qəlblərdə yaşayacaq. Gülnar xanımla Sahib Məmmədovun sevgisi onun da arzuladığı kimi, saf və səmimi sevginin gözəl nümunəsi kimi yadda qalacaq. Nuray Rəşidin şəhidləri tanımaq və tanıtdırmaq məqsədilə başladığı bu dəyərli təşəbbüsü alqışlayır, ona yazıçılıq yolunda uğurlar arzulayıram.
Vətən SahibiNuray Rəşid · Jeko Print · 20228 okunma
Reklam