"Yaralı Ruhlar" kitabında emosiyalar çox gözəl şəkildə ifadə olunub. Müəllif daxili hissələrini oxucu ilə səmimi və təsirli şəkildə paylaşıb.
Kitab insanın dərinliklərinə enməyi, ruhuna toxunmağı bacarır.
Ən gözəl cəhətlərindən biri isə sona qədər oxucu ilə dialoq qurması və onun hisslərini önəmsəməsidir.
Səbinə xanımın "Yaralı Ruhlar" kitabını oxuyan hər kəs bu əsərdə mütləq özündən bir parça tapacaq.
Daim daxili səsini dinləməyə üstünlük verən Səbinə xanıma "Yaralı Ruhlar"ı qələmə aldığı üçün təşəkkür edirəm.
Səbinə Dəniz