Gönderi

5/10
·313 syf.··
2026 12. kitabı
·
47 günde okudu
·
Okunma: 18 Nisan 2026 00:10
Hamıya Salamlar. Kitabı dostumun məsləhəti ilə oxudum, janrı sevdiyim janr olmadığına görə çox gec oxudum, mövzusu barədə mənfi və müsbət düşüncələrim çoxdu. Kitabın bütün məzmununu yazmışam oxuyacaq olan varsa ardını oxumasın . Deməli Anar 10 ildir evlidi, amma xoşbəxt deyil , elə həmçinin Huri də . Bir gün gedir Kahira ilə rastlaşır və aşiq olur, sonra Huriylə ayrılmağa qərar alır , bura qədər hər şey normaldı əslində , həyatda hər şey ola bilər , amma ardı mənə görə heç düzgün deyil , Anar obrazına qarşı məndə mənfi düşüncələr çoxdu , elə başlayım ilk olaraq qətiyyətsizliyindən, hələ boşanmamış, həyatını yoluna qoymamış gedir Kahira ilə "dostlaşır" , çünki o zaman özündə buna haqqı olduğunu düşünür , Huri boşanmaq istəmir deyib , evə gəlmir , 10 ildir axtardığı xoşbəxtliyi Kahirada görür. Yəni məncə bəhanənin arxasına sığınır , Huri ilə cəmi 1 dəfə bu məsələ barəsində danışır sondada dalaşıb çıxır, əgər qərarında qəti olsaydı Huriylə üzləşərdi yenədə, ailəsinə bildirə bilərdi , amma üzləşməkdən qorxdu , evə getməmək ona daha asan gəldi . Nədə olsa vicdanı rahatdı , sözdə Huridən ayrı qalır axı. 30 dan çox yaşı var səhv etmirəmsə , o yaşına rəğmən həyatını yola qoymağı bacarmır və dahada batırır hər şeyi. Bu tip insanlar özlərini yazıq göstərməkdə ustadılar. Sonda belə cəsarəti çatmır ki , Kahiraya qal desin . Yənisi Anar nə yaşadınsa haqqdı sənə. Qaldıki Kahira evli biri olduğunu bilsə əvvəldən onla o münasibəti qurardı? inanmıram . Sevgi məsələlərinə görə heç pis olmadım , hər şeyi sevgi adı altında normallaştırmaq düzgün deyil çünki , Anar filan şeyləri etdi çünki aşiq oldu , çox gülməli yanaşmadır, insanları sevgidən soyudur bu tip şeylər. Hekayədə bir günahsız var oda Huridi , ailəsinin , cəmiyyətin qurbanıdı . 18 yaşında həyatı qavramadan , ailəsinin məsləhəti ilə evləndirilib. Ayrılmaq istədiyi zamanda ailəsi arxasında durmadı. Öləndə qədrini anladılar. Nəysə əsəbləşdim axıra qədər.
1000Kitap
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018263 okunma
·
22 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.