Adətən kitabı oxuyub sonra filminə baxanda filmdən heç zövq ala bilmirəm. Amma öncə filmi izləyəndə kitabın həzzini duymamış oluram deyə film zövqverici olur. Çünki filmlər çox vaxt kitab qədər ola bilmir. Hələ bəzən elə olur ki, kitabı oxumaq kimi bir fikrim olmur, ancaq filmi izləyəndən sonra film o qədər xoşuma gəlir ki, kitabını da oxumaq qərarı verirəm. Düzdür, siz deyəndə də həqiqət var, bəzən filmi izləyəndən sonra artıq ümumi sujetdən xəbərdar oluruq deyə kitabı oxumağa həvəs olmur. Lakin məncə bu əsərə görə dəyişir, yəni əsərdən və ona çəkilən filmdən asılıdır. Filmə baxmaq spoiler olar kitabı oxumağa marağım qalmaz deyə düşünürsünüzsə, onda indi etdiyiniz kimi daha yaxşıdır. Qürur və Qərəz əsərinə gəldikdə bu əsərin filminin yaxşı ekranlaşdırıldığını düşünürəm.