Lev Tolstoyun “İnsan Nə ilə Yaşayır?” adlı əsəri təkcə bir hekayə deyil, həm də insanı sevgi, mərhəmət və həyatın mənası haqqında dərin düşüncələrə sövq edən dəyərli bir əsərdir. Əsər oxucunu insanlığın əsl mahiyyəti və sevginin gücü barədə düşünməyə vadar edir. Kitab Tanrı, sevgi və mərhəmət kimi ali dəyərləri sadə, lakin təsirli şəkildə qeyd edir.
Əsərdən aldığım əsas nəticə odur ki, insanı insan edən ən böyük dəyər sevmək, mərhəmətli olmaq və başqalarına yaxşılıq etməkdir. Buna görə də bu əsər mənəvi dəyərləri və insanlığın əsl mənasını anlamaq baxımından çox təsirli və düşündürücü bir əsərdir.
Əsəri bəyəndim, hər kəsin oxumasını tövsiyə edirəm :)
Lev Tolstoyİnsan Nə İlə Yaşayır?