Puan vermedi·74 syf.··
2026 4. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Haziran 2026 12:08
Frans Kafkanın "Dönüşüm" əsərini oxuyarkən məni ən çox düşündürən mövzulardan biri insanın ona ehtiyac duyulduğu müddətdə dəyərli sayılması oldu. Təəssüf ki, bu münasibət bəzən ən yaxınlarımızda, hətta ailə daxilində belə özünü göstərir. Gregor işləyib ailəsinin bütün maddi yükünü çiynində daşıyarkən hər kəs onun qayğısına qalırdı. O, öz istəklərini bir kənara qoyaraq ailəsi üçün yaşayır, qazandığı bütün pulu onlara verirdi. Hətta maddi çətinliklərə baxmayaraq, bacısını konservatoriyada oxutmağı xəyal edirdi. Lakin Gregor çevrildikdən və ailəsinə maddi dəstək verə bilmədikdən sonra ona münasibət də dəyişməyə başladı. Əvvəllər onunla maraqlanan bacısı belə zaman keçdikcə yoruldu, bezdi və ondan uzaqlaşdı. Bu isə insanın dəyərinin bəzən şəxsiyyətinə görə deyil, faydasına görə ölçüldüyünü göstərən acı bir həqiqətdir. Əsərdə diqqətimi çəkən digər məqam isə Gregorun dörd divar arasında məhkum kimi yaşaması idi. Otağı onun üçün həm sığınacaq, həm də həbsxanaya çevrilmişdi. Bir vaxtlar adi və yorucu görünən işə getmək, küçədə gəzmək, insanlarla ünsiyyət qurmaq kimi şeylərin əslində nə qədər böyük nemət olduğunu Gregorun yaşadıqları vasitəsilə daha yaxşı anlayırıq. İnsan azadlığını itirəndə, gündəlik həyatın ən sadə imkanlarının belə nə qədər dəyərli olduğunu dərk edir. Dönüşüm Franz Kafka
1000Kitap
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022267,9bin okunma
·
2 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.