·135 syf.··Beğendi
···Okunma: 21 Haziran 2026 22:40 Sinyor Bayramlı Məhəmməd - Samuray.
Gənc yazarımızın qələmindən oxuduğum artıq üçüncü kitabdır.
Növbəti kitabını da birlikdə oxuyub dəyərləndirmək qərarına gəldik.
"Kitab öz zamanını bilir" deyə bir cümlə oxumuşdum. Həqiqətən də, bu kitab bunu mənə bir daha sübut etdi...
Kitabın ilk səhifələrindən başlayan macəra böyük bir həyəcanla keçmişi, bu günü və yaşanan hər şeyi öz içində birləşdirir.
"Samuray" üz qabığı ilə tam uyğunlaşan, çox bəyəndiyim kitablardan biri oldu.
Baş qəhrəmanlarımızdan biri olan Katsumi Tokioda yaşamaq üçün münasib bir ev tapır. Hətta bu evin daha yüksək qiymətə satılmalı olduğu halda belə münasib qiymətə satılması onu düşündürür. Lakin evdə dəyişməyən bir şey var idi – Samuray postu
Bu evdə yaşadığı müddətdə Atsuşi adlı bir inspektor ona müraciət edir və vaxtilə bu evdə baş vermiş cinayətləri araşdırmağa başlayır.
Atsuşi və Katsuminin Samuray posteri ətrafında yaşadığı macəra onları gözlənilməz hadisələrə və fərqli sirlərə aparır.
Əgər siz də sirr, həyəcan və macəra axtarırsınızsa, bu kitab əla seçim olacaq.