·310 syf.··Beğendi
···Okunma: 28 Haziran 2026 15:26 Bu cümlə mənim içimdə bir şeyləri silkələdi. Bəlkə də bu dünyada yaşamağın yeganə yolu bir şeyə inanmaqdır. Və o inanc insanı var edir.
Əsərdə məni ən çox sarsıdan hissə Rəvanın Cahanı sevdiği insanı axtararkən dünyasını dəyişməsi oldu. Cahan isə mənə görə güclü qaldı. Çünki o, sonda sevdiyinə qovuşdu. Bəzən güc, həyatda qalmaq deyil - inanmağa davam etməkdir.
Məsudə Cabbarın "Cahan" əsəri mənim üçün hisslərin, ağrıların və qadın gücünün səssiz fəryadı oldu. Kitabı oxuyarkən özümü bir kənardan izləyici kimi hiss etdim. Elə bil bir otağın pəncərəsindən baxır, Cahanın həyatını səssizcə izləyirdim. Toxuna bilmədən, müdaxilə etmədən, sadəcə şahid olaraq...