Töhfə Tağıyeva

Töhfə Tağıyeva
@Taqhieva
Qəlbinizin bir küncünə kitablar yerləşdirin..

Töhfə Tağıyeva

, bir kitap okudu
Puan vermedi·420 syf.·
Beğendi
·
2026 7. kitabı
Elif Şafak
8.2/10 · 76,7bin okunma
Reklam

Töhfə Tağıyeva

, bir kitabı okumaya başladı
Məsudə Cabbar
7.4/10 · 47 okunma
bir insana aşiq olduğunu necə anlayarsan? Gözlərlə deyərəm.
Ürək döyüntüləri, əl-ayağın bir-birinə dəyməsi, həyəcanlanmaq sevginin əsas göstəricisi deyil. Çünki mən bu saydıqlarımı qəbul imtahanında da yaşamışdım, Milli Parkda "Viking"ə minəndə də. Ancaq gözlər başqadır. Məsələn, kimləsə söhbət edəndə iki gözünün içinə də eyni anda baxa bilərsən. Amma sevdiyin insanın isə eyni anda yalnız bir gözünə baxarsan. Yalnız onun gözünə ən təmiz, ən saf, ən məsum hisslərlə baxarsan. Üstəlik uzun- uzun baxa bilməzsən, sanki dünyanın ən qatı cinayətini işləyirmiş kimi tez gözlərini onun gözündən çəkərsən...
Yazıçı daxili səsimizə qulaq asmağın əhəmiyyətindən bəhs edir.
Məsələn, məni ən çox təsirləndirən hissələrdən biri Osho ‘nun Vincent Van Gogh haqqında olan fikirlər idi: Vincent Van Gogh rəsm çəkərkən çox xoşbəxt idi. Həyatı boyu bir dənə də olsun əsərini sata bilmədi. Kasıb idi, ac qalırdı. Qardaşı ona yemək üçün pul göndərirdi. Həftənin dörd günü ac qalır, yalnız üç gün yemək yeyirdi. Çünki qalan pulla kətan, boya və fırça almalı olurdu. Amma buna baxmayaraq, yenə də xoşbəxt idi. O, 37 yaşında dünyadan köçdü. Osho’nun fikrincə, “onun intiharı belə bir çox insanın saxta həyatından daha mənalı idi.” Çünki Vincent Van Gogh’un ən böyük arzusu ruhuna tam oturan bir günbatımı tablosu yaratmaq idi. Nəhayət, arzuladığı əsəri tamamladığı gün bir məktub yazır: “İşim tamamlandı, artıq məmnunam.” Və bundan sonra həyatına son verir. Osho onun haqqında belə deyir: “O, həyatı tam mənası ilə yaşadı. Həyat şamını hər iki ucundan böyük bir ehtirasla yandırdı.” (səh. 194) Bəs Vincent Van Gogh belə bir sonluğa layiq idimi? Mənim fikrimcə, əlbəttə ki, belə bir sonluq ona layiq deyildi. Ömrünün ən gözəl çağında həyatdan getmək çox ağrılıdır. Bu, erkən və kədərli bir sonluqdur. Lakin hadisəyə onun gözündən baxsaq, həyat məqsədini tam şəkildə həyata keçirmiş, özünü tamamlanmış hiss etmiş bir insan görürük. Bu baxımdan onun hekayəsini xoşbəxt və məmnun bir son kimi də dəyərləndirmək olar. Buna görə də onun seçiminə deyil, həyatına, sənətinə və məqsədinə hörmətlə yanaşmaq lazımdır. 📖✨
Reklam