Psixoanalizin atalarından olan Sigmund Freud və psixoanaliz sahəsinə addım atan ilk qadınlardan olan Lou Andreas-Salomé məktublarını oxumaq sadəcə möhtəşəm idi. İki intellektual insanın söhbətlərindən gözəl nə ola bilər?
Məktublarda Salomenin Freudun və digər psixoanalistlərin məqalələrinə olan rəyləri, pasiyentlərini analiz etməsi möhtəşəmdir. Təəssüf ki, Lou Salome kimi intellektual və psixoanaliz sahəsinə ilk addım atan bir qadın bu kimi fikirləri və kitabları ilə deyil sadəcə aşiqləri ilə müzakirə mövzusu olub və olmağa da davam edir.
Kitab boyunca bir -biriləri ilə hər bir mövzuda söhbətə rast gəlmək mümkündür. İstər uşaq psixologiyası, istər seksuallıq , istər tarixi dövrün təsirləri, istərsə də din.
Həmçinin məktublarda Alfred Adler ,
Carl Gustav Jung və s. psixoanalistin fikilərini də müzakirə edirlər. Freudla Adler arasında olan gərginlik Salome ilə məktublarında da aydın sezilir.
İntellektual məktubları oxumağı sevənlər üçün möhtəşəm bir seçim olacağına əminəm!