·425 syf.··Beğendi
···Okunma: 23 Haziran 2018 17:48 John Fowlesin oxuduğum ikinci romanıdır. İlk romanı çox sevmişdim (Büyücü). Yazarı o roman vasitəsilə tanımışam. Fowles sevdiyim yazarlardan biri oldu. Bu əsər də bəyəndiklərim arasında özünə yer tapdı. Düzü, kitabın əvvəlində bir az sıxıldım, amma oxuduqca maraqlı gəlməyə başladı. Fowlesi oxuyarkən hər an aldanmağa, təəccüblənməyə hazır olun. əslində onu fərqli eləyən səbəblərdən bir də budur. əsərdə təsvir edilən cəmiyyətlə indiki cəmiyyət arasında
oxşarlıqlar çoxdur. Orada toxunulan mövzuların əksəriyyəti hələ də öz aktuallığını qoruyur. Fowles romana iki cür sonluq yazıb. Yəni hansını seçəcəyiniz sizə qalıb. Mən əlbəttə ki birincini seçirəm, amma məncə Sarah ( təəssüf) ikinci sonluğu seçərdi.