Gönderi

110 syf.
9/10 puan verdi
·
Beğendi
“Birazcık değeri olan bir insan yaşamak ya da ölmek olasılığını hesaplamamalı, sadece yaptığı hareketin doğru ya da yanlış olup olmadığını düşünmelidir.” John Steinbeck- ay battı Steynbekin bu kitabını uzun müddət əvvəl “ ay batarken “ adlı nəşrdən oxumuşdum və sevdiyim , soruşanlara da tövsiyə etdiyim bir kitabdır . Çox axıcı və yormayan kitab olduğundan ikinci dəfə oxudum . •neçə əsrlərdir müharibə , döyüş məhfumlarından uzaq olan , döyüşməyi unudan bir qəsəbə , daxildəki xainlər nəticəsində düşmən qüvvələri tərəfindən işğal olunur . Qəsəbənin işğalının əsas səbəbi zəngin kömür mədənləri və balıqçılıq ehtiyatlarıdır. Bələdiyə rəisi Orden , qəsəbə həkimi Winter əhalinin dincliyi üçün işğal şərtlərinə razı olsalar da , gizlidən əks fəaliyyətlə məşğuldurlar. Azadlığa alışqın xalq da işğala boyun əymək niyyətində deyil, “...ben sıradan bir adamım, burası da sıradan bir kasaba ama sıradan insanlarda da ateşe dönüşebilecek bir kıvılcım olmalı.” •kitabın əsas mövzusu müstəqilliyin hər şeydən üstün olması və bir millətin nə qədər sülhsevər olsa belə müstəqillik üçün hər zaman və hər şəraitdə hazır olmasıdır . •kitab nazi Almanyasının Norveçi işğalına belə deyim , həsr olunub. Amma işğalçı ordu nümayəndələri amerikan vətəndaşları idi , qaranlıq tərəf bu oldu mənim üçün sadəcə . 5/5 #aybatarken #aybattı #johnsteinbeck
Ay Batarken
Ay BatarkenJohn Steinbeck · Sel Yayıncılık · 20161,894 okunma
·
23 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.