#bitti
Y.N.Harari-sapiens : hayvanlardan tanrılara
Hərkəsə salam! Kitabı bəlkə də 1 həftədən çoxdur oxuyuram , çünki əlavə araşdırma tələb edən kitabdır.
Kitab insanlığı lap əvvəldən : homo sapiensin afrikadan dünyaya yayılmağa başlayıb digər “ neandertal “ , “ homo erectus “ kimi növlərlə münasibətindən tutmuş, müasir mərhələyə qədər olan dövrü əhatə edir. İnsan ilk yarandığı mərhələ də təbiət üçün yararsız bir “ heyvan” fiquru idi. İnkişaf , təkmilləşmə , bütövlükdə evrim insanı bu lüzumsuz heyvandan bütün planeti öz xeyrinə istifadə edəcək , hətta başqa planetlərdəki yaşamla dolğun məlumat ala biləcək bir varlığa çevirdi. İnsan necə yarandı? Sapiensin yayıldığı ərazilərdə niyə digər homo növləri və minlərlə heyvan növünün nəsli tükəndi? Müasir insan saf sapiens , yoxsa neandertal - sapiens qarışığıdır? İnsan beyni necə formalaşdı? Dini, iqtisadiyyatı , ticarəti , kommunikasiyanı necə yaratdı? İlk qloballaşma necə oldu? Planetin keçmiş və hazırki vəziyyəti , dünyanın sapiens tərəfindən tam istilası və s. kimi mövzular tam təhlil olunur.
kitab mənə nəsə qatdı ?
- bəli , kitabın verdiyi başlanğıca uyğun apardığım “ araşdırmalar” sapiensin ( yəni bizin) bu zamana kimi heç eşitmədiyim sirli tərəflərini göstərdi mənə.
kitabı hər kəsə tövsiyyə etmərəm. Çünki bizi ən başdan -indiyə tədqiq edən bir material “ bildiyimiz yanlışlıqları”n əslini bizə göstərib , cahilliyimizə zərbə vurur)))
Oxumamısınızsa gecikməyin mənim kimi ️️.
5/5