Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

590 syf.
·
Puan vermedi
·
9 günde okudu
"Hz.Məhəmməd üçün bülbülün qırx mahnısı" Türkiyədə divan ədəbiyyatını sevdirən usta yazıçı İskender Paladan oxuduğum ikinci kitab oldu. Yunus Əmrə haqqında olan "Od" romanıyla bağlı araşdırmaları oxuduğumda yazıçının özünün ən çox sevdiyi əsərinin "Bülbülün qırx mahnısı" kitabı olması diqqətimi çəkmişdi. Odur ki, maraq üstün gəldi, tezliklə romanı əldə edib oxudum. Yazıçı özü əsərə roman demir, Hz.Məhəmmədin həyatı bir roman ola bilməz, çünki romanda qurğu düzəldirik, deyir. Peyğəmbərin həyatından yazmaq isə böyük məsuliyyət altına girməkdir. Heç bir yanlışlığa, yaxud tarixi saxtakarlığa yol vermək olmaz. Əks halda Peyğəmbər əfəndimizin, "Hər kim mənə aid olmayan hansısa sözü mənimmiş kimi söyləyərsə, cəhənnəmdəki yerini hazırlasın" hədislərdə buyurduğu fikri insanın başı üstündəki qılınc kimi dayanır (İskender Pala). 590 səhifədən ibarət romanda 99.999 söz var. Müəllif bunu belə izah edir: "Kainatda həm kəsrət var, həm də vəhdət. Vəhdət sadəcə 1 olana aid saydır. 1 rəqəmi bütün mədəniyyətlərdə doğruluğu, dürüstlüyü, təkliyi ifadə edir. Bu baxımdan 1-in yanında 9 və layları hər zaman çoxluğu ifadə edir ". Jurnalistlər müəllifə sual veriblər ki, Atatürkdən nə əcəb yazmamısınız? O da cavablayıb ki, hər kəs bildiyi sahəni yazır, mən divan ədəbiyyatına artıq 30 ildən çox ömrümü sərf edib öyrənmişəm. Atatürk haqqında sanballı roman yazmaq üçün gərək ona da 30 il sərf edim. Doğru yanaşmadır, deyilmi? Beləliklə, bəşəri eşqdən ilahi eşqə keçidi öyrənmək istəyənlər, yuxudan oyanıb oyaq qalmağa meyilli oxucular bu gözəl romanla Peyğəmbər dövrünə səyahətə çıxa bilərlər. Tarixin ən böyük eşqi "Gül və Bülbül"ün eşqidir! Xoş mütaliələr!
Bülbülün Kırk Şarkısı
Bülbülün Kırk Şarkısıİskender Pala · Kapı Yayınları · 202010,4bin okunma
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.