Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

SƏN ELƏ BİLİRSƏN... ...sən elə bilirsən, məni tərk etsən göy üzü çökəcək, ulduz axacaq gecə düşməyəcək, gün doğmayacaq? gör kimlər tərk edib, unudub, atıb eh, hardan biləsən səndən öncə də bunu yaşamışam bir az darıxıb sonra alışmışam bu get-gəllərə. bilirsən, əvvəl də gedən çox olub gör kimlər ağladıb, kimlər ovudub. sonra peşman olub geri dönənlər arxamca qan-qarğış edən də olub ürək üzü bərkdir, çoxdan unudub... çoxdan unudulub çıxıb gedənlər... sən də hamı kimi çıxıb gedirsən nə fərqi kimsə var, ya kimsə yoxdu. bizdə qadın çoxdu kişi sayından bir də nə fərqi var sevənim çoxdu? Vallah, vicdan haqqı inan sözümə hələ ki, yerinə namizəd yoxdu... gedirsən, bu qədər kandarda durma qapını tez bağla hava soyuqdu... məndən gedənlərdən xəbər al, soruş. yaman laqeyidəm etibarsızam. “yaman unutqanam, ürəyi daşam.” sənə deyəcəklər necə adamam. sənə deyəcəklər necə “oğraşam”. mən yorğun adamam, bağışla, çıx get çıx get, nə qədər ki, ağlamamışam. sən elə bilirsən bütün şairlər içir, tənha qalır, sonra ağlayır? sən elə bilirsən tərk edilənlər dəbdən yox, dərdindən saqqal saxlayır? sən elə bilirsən, həzin mahnılar sənin boşluğunu doldurmayacaq? elə bilirsən ki, daha bu evdə heç kəsə şeirlər oxunmayacaq? vallah, vicdan haqqı, narahat olma. vallah düz sözümdü, çıx get, yubanma məni xoşbəxt etmir birlikdə olmaq mənimki yalqızlıq, təklikdi ancaq. bir də qadan alım açarı qoy get, qapını bağlama, gələn olacaq...
··
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.