İş tapmaq istəyən bir gənc keçmiş məktəb yoldaşının köməyi ilə bankda işə düzəlir. Orada məzlum, talesiz Raif əfəndi ilə tanış olur. Sonralar, ömrünün son günlərinin yaşayan qocanın dəftərindəki qeydləri oxuyarkən onunla tanış olur. Qeydə görə, Raif əfəndi gənc yaşlarında atasının sənətinə yiyələnmək üçün Berlinə yollanır, işə yiyələnməkdən çox rəsm qalereyalarına gedir, müxtəlif romanlar oxumağa davam edir və həyatınını dəyişdirəcək hadisələr elə burada da yaşanır...
Kimdir bu Raif əfəndi?
Onu bir çoxları Qoqolun “Şinel” əsərindəki Akaki Akakiyeviç`ə bənzədir. O da eynilə. Akaki Akakiyeviç kimi məzlum,zavallı görünür, ona qarşı olunan haqısızlıqlara səs etmir, həyatdan heç bir həzz almır... Onun üçün də göyqurşağı anlayışı yoxdur, varsa-yoxsa qara, ağ...sanki. Elə idi, həqiqətən?
Zənnimcə, bu bənzətmə sadəcə zahiri ola bilərdi. Çünki Akaki Akakiyeviçdən fərqli olaraq Raif əfəndi zahiri pərdə arxasında müəyyən yaşantısı vardı, yaşadığı həyat öz seçimi idi. O Akaki Akakiyeviç kimi “düz” yaşamır, ona haqsızlıq olunanda və ya axmaq yerinə qoyulanda bunun fərqində olurdu. İçinə qapanıq, melanxolik biridir və hər necə olursa olsun ətraf aləmlə uzlaşmağa çalışır.
Bəlkə də, qarşı qoymaması mənfi bir hal idi, ancaq bu onun seçimi idi. Və seçimlərimiz bizi digərlərindən ayırırdı, səhv yaxud düz.
“Təsadüf səni mənimlə görüşdürməsəydi, yenə də əvvəlki qaydada, lakin hərşeydən xəbərsiz ömür sürüb gedəcəkdim. Dünyada başqa cür bir həyatın mövcüd olduğunu, mənim də bir ruha malik olduğumu mənə sən öyrətdin...”-deyə yazılıb Raif Əfəndinin məktubunda... Kim idi bəs ona güzgü tutan, ruhunun dərinliklərini göstərən..
Mariya Puder... Kürk paltolu madonna...
Bu qadın sanki Raif Əfəndinin oxuduğu romanların qəhrəmanı idi və sanki o diyarlardan gəlmişdi... “Elə bil, getdiyi sərgilərdəki rəsim idi”,- deməyəcəm, çünki elə idi ki var. Elə o vaxt, rəsmi gördüyü an vurulmamışdımı Raif əfəndi Mariya Puderə. Heyranlığı gözünü elə tutmuşdu ki, o rəsimdəki qadının rəsimdən daha yaxında olduğunun fərqinə belə varmamışdı...
Tanış və dost olmuşduılar bundan sonra.
Mariya Puder “həqiqi eşq” axtarırdı həyatında, ancaq çox güclü inamsızlığı vardı insanlara qarşı. Elə bu səbəbdən idi Raif əfəndinin ona qarşı olan sevgisinə cavab verməməsi. Mariya Puder üçün eşq sözlərlə anlatıla bilməyəcək bir məfhum idi və onun nə vaxt gəldiyini ya qeyb olduğunu bilmək mümkün deyildi, sehirli idi...
Hər şey rəsim sərgisində başlamışdı. Xəz paltolu madonna`nın rəsmi ilə. Rəsimdə qara gözləri boşluğu seyr edən, dərin düşüncələr içərisində, son bir ümid ilə nəisə axtaran bir qadın vardı. Nə idi onun axtardığı ? Nə düşünürdü sonsuzluğa baxaraq ? Boşluqda nəyi tapacağını ümid edirdiki ?
Bizlər də,əslində, müəyyən qədər Raif əfəndi deyildik ? Raif əfəndi bir qadına vurulduqdan sonra yaşadığını anladı, bir ruhu olduğunu hiss etdi. Gec tapılmış bir ruh.. Bu səbəbdən idi özünü “üç-dörd” yaçamış biri adlandırması. Bəs bizlər ? Biz nə qədər o boşluqları axtarır, o boşluqlarda müəyyən məna tapmağa çalışırıq. Nə qədər fərqindəyik, məsələn, “Balaca şəhzadə” əsərində də deyildiyi kimi bəzi həqiqətlər gözlə gürülmür, onları görmək üçün qəlbə də ehtiyac vardır”.
İnsan özünü bircə dəfə
tapır bu dünyada.
İnsan özünü iynə kimi
salıb itirə də bilər.
Əgər özünü tapsan,
möhkəm yapış yaxandan.
...deyir Faiq. Raif əfəndi “Xəz paltolu madonna”da tapmışdı özünü. Bu səbəbdən idi; “Həyatda çox arxalandığım adama qarşı hiss etdiyim bu inciklik, küsü bütün insanlara qarşı münasibətimdə də özünü göstərirdi. Çünki o, mənim nəzərimdə bütün insanlığın timsalı idi.”- deyərək insanlardan uzaqlaşması...