Gönderi

173 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 days
Sabahınız xeyir əziz kitabsevərlər , sizi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlin gəlməsi münasibətilə təbrik edirəm Mənim üçün ilin son kitabı xatirə ədəbiyyatı silsiləsindən " Müşfiqli Günlər " kitabı oldu. Kitab Mikayıl Müşfiqin xanımı Dilbər Axunzadə tərəfindən qələmə alınıb, Müşfiqlə olan xatirələri qeyd edib. Kitab tək kəlimə ilə möhtəşəmdi Dilbər xanıma olan sevgisi məni xəyallar aləminə apardı. Şairin sevilən şeirlərinin necə yazıldığını, həmin anda nə hiss edərək, nə yaşaraq yazdığını bilmək çox xoş oldu. Müşfiqli günlərdə, ədəbiyyatımızın zəngin olduğu o dövrlərdə yaşamaq istərdim. Gözəl sənətkarlarımızı yaxından tanımaq, şeirlərini öz dillərindən, öz səsləriylə eşitmək istərdim. 2019-cu ildə İnşAllah xatirə ədəbiyyatı silsiləsindən olan bütün kitabları almağa çalışacam. Qızım üçün gələcəkdə bundan böyük xəzinə ola bilməz deyə düşünürəm. . Sеvirəm Bənövşə tək Boynun bükərək O məhzun duruşlarını. Sеvirəm Mənimlə göz-gözə gələndə, Şimşək baхışların vuruşlarını. Sеvirəm Kirpik çala-çala Məni süzərək Bir mahir ovçudan qorхmuş, ürkərək O cеyran ədalı baхışlarını. . Xatirə ədəbiyyatı silsiləsindən olan kitabları mütləq oxuyaq və oxutduraq Hər kəsə xoş mütaliələr
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
··
29 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.