Gönderi

10/10
·173 syf.··
Beğendi
·
2019 2. kitabı
·
8 günde okudu
·
Okunma: 18 Ocak 2019 20:16
Bugün sizinlə Hədəf nəşriyyatının Xatirə Ədəbiyyatı seriyasının 6-cı kitabı olan Müşfiqli Günlər kitabı haqqında olan fikirlərimi bölüşmək istəyirəm. Deməli kitab mərhum şairimiz Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin Mikayıl Müşfiq ilə olan xatirələrindən bəhs edir. Kitab çox gözəl saf təmiz məhəbbət və hörmət öz əksini tapır. Kitabda həmçinin o dövrün digər əvəz olunmaz şairləri, yazıçılarından da xatirələr yer alır. O zamanlar hamısı müəllimlik fəaliyyəti ilə məşğul olub. Bir anlıq təsəvvür edin ki həmin möhtəşəm şairlər ədəbiyyat müəlliminizdir necə də möhtəşəm səslənir elə deyilmi yəni Müşfiqin '' Yenə o bağ olaydı'', "Rəssam sevgilim şəkili çək'' və sairə digər şeirlərini kitablardan deyil məhz Mikayıl Müşfiqin öz səsindən eşidirsiz ahh. ️ Düzünü desəm bu kitabda nədənsə repressiya qurbanı olan zamanlardan daha çox xatirələr gözləyirdim. Amma yenədə kitab sadəcə olaraq möhtəşəmdir Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanıma olan sevgisi, hörməti, qayğısı insan da çox gözəl sözlə ifadə edilməyəcək dərəcə də möhtəşəm hisslər oyadır. Bir sözlə oxuyun və oxutdurun ️
Edebiyat
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019417 okunma
·
65 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.