Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Olan olub, keçən keçib bəlkə də, İndi daha kövrəlməyin yeri yox. Ömrüm boyu belə gəlib mənimki Əvvəlindən biri vardı, biri yox. Uzaqdaydı mən istəyən ocaqlar, Ürəyimdən gəlib keçdi sazaqlar. Atalıydı, analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox. Qəlbim yandı ilk sevgimdən, eşqimdən, Dara düşdüm, əl ummadım heç kimdən Məclislərdə can deyib can eşidən Dostlarımdan biri vardı, biri yox. Vaxt gələcək bu günü görəcəksən, Çox suala gözünü döyəcəksən. Vaxt gələcək sən özün deyəcəksən, Deyəcəksən: "biri vardı, biri yox!" Nüsrət Kəsəmənli
··
12 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.