Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

256 syf.
7/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Bu kitab haqqında düşüncələrimi, nəhayət ki, bu gün bölüşmə imkanı tapdım. Deməli, Dale Carnegie-ni tanımayanlar üçün qısaca bir məqamı vurğulamaq istərdim: İnsan münasibətləri adına, düzgün əlaqə yaratmaq, münasibətlərdə qaçınmalı olduğumuz məqamlar və ya tam tərsi diqqət etməli olduğumuz pointlər və s. adına çox yaxşı yazardır! Carnegie yaradıcılığı ilə tanış olmağınız məsləhətlidir. Bu kitabın adına baxanda insan elə bilir, iş həyatının incəliklərindən, iş mühitindən, ümumi həyatdan söhbət gedəcək. Fəqət heç elə olmadı. Əksinə kitab insanın əvvəlcə özünü, daha sonra isə başqa insanları anlamağına bələdçilik edirdi. Münasibət qurmaqda daha düzgün yanaşma tərzinə sahib olmağın incəliklərini öyrədirdi. Və daha çox başqalarından asılı olan istəklərimizi hansı şəkildə həyata keçirə bildirə biləcəyimizi nümunələrlə göstərirdi. Ümumi olaraq, kitabı çox sevdim və mənim üçün həqiqətən də dəyərli qeydlər qazandım.
İşten ve Yaşamdan Zevk Almanın Yolları
İşten ve Yaşamdan Zevk Almanın YollarıDale Carnegie · Epsilon Yayınları · 2018437 okunma
·
19 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.