"Gənc həkimin qeydləri" hekayələr toplusunda yazıçının ən maraqlı hekayələri yer alıb. Yazıçı "Morfi" hekayəsi ilə oxucunu süni stimullaşdırmadan, narkomaniyanın dəhşətlərindən uzaqlaşdırmağa çalışır. "Polad boğaz" hekayəsində tənəffüsü təmin etmək üçün həkim həyatında ilk dəfə xəstənin nəfəs borusunu yarır. "Qırmızı xoruzlu dəsmal" hekayəsində gənc qadının ayağını amputasiya edir. Bütün bu hekayələrdə yazıçı həm əməliyyat prosesini, həm də xəstələrin vəzyyətini elə dəqiq bədii təsvirlərlə çatdırır ki, oxucu özünü həmin yerdə, xəstənin və həkimin yanında canlı tamaşaçı kimi hiss edir.
M.Bulqakovun "Gənc həkimin qeydləri" hekayələr toplusu üzərində qısa tibbi-ədəbi tədqiqat aparsaq, görərik ki, yazıçı 8 hekayənin hər birini fərqli tibbi mövzuya həsr edib. Bu mövzular aşağıdakılardır: 1) amputasiya 2) ana bətnində dölü çevirmək, yeni doğulan körpənin reanimasiyası, 3) traxeotomiya, 4) kəllə-beyin zədələnməsi, şok, 5) əhalinin tibbi savadsızlığı, 6) alt göz qapağında itdirsəyi, 7) sifilis, 8) morfi.
Hekayələrdə dərman vasitələrinə rast gəlmək mümkündür: kamfora, kofein, natrium salisilat, soda, ipekakuana, xanımotu, adrenalin, morfi, xloroform, pişikotu, yodlu kalium, aspirin və s.
Yazının tamamı: ceylanmumoglu.com/article/genc-he...