Puan vermedi·256 syf.··
2019 24. kitabı
40 yaşlarında, protez dişli, gombul bir uşaq düşünün. Bütün həyatı boyu yaşadığı məhəlləsini illərdi görməyən, amma uşaqlıq illərində arzusunda olduğu şeyləri hələ də arzulayan bir adam. Orvelin yaratdığı, mənimsə sevimli personajlarımdan birinə çevrilən bir adamdı. Amma müharibə onu bütün uşaqlıq arzularından qoparır, tək-tənha bir yerə salır, sonra müharibə bitir və artıq köhnə arzularına qayıdır. Amma arzular ona qayıtmaq istəmir. Çünki artıq uşaq deyil və özünə aid ailəsi, uşaqları, bir də mütləqiyyətləri var. Amma hamımızın içində balaca bir uşaq yatır. Hətta 40 yaşlarında, protez dişli, gombul birinə çevrilsən belə Bir səhər yuxudan durub bu arzuların arxasıyca gedəndə isə bu dəfə yenə müharibə - İkinci Dünya müharibəsi qapını döyür. Orvelin oxuduğum bütün kitablarını, qəhrəmanlarını sevmişəm. Amma bu kitab təkcə müharibə mövzusunu qələmə almamışdı. Bu kitab çox şey öyrətdi mənə. Bir gün arzularını mütləqiyyətlər əvəz edəcək və o vaxta qədər arzularını reallaşdırmaq üçün cəhd etməlisən. Bir düşündün kitabı oxuyandan sonra ki, görəsən ən böyük uşaqlıq arzum nə idi. Həmişə sakit uşaq olmuşam, oxumaq, babamın da dediyi kimi savadlı olmaq arzum olub. Fərqinə vardım ki, bu arzu ani reallaşa bilməz və uzun müddət lazımdır. Amma kitabdakı qəhrəmanımıza o müddət təqdim olunmamışdı. ️ Sevərək oxudum, sevərək şərh edir və paylaşıram. Bəlkə də az tanınan Orvel kitabıdır, amma çox dəyərli əsərdir. #georgeorwell #boguluram #boğulmamakiçin #kindle #kindleokumalari #avqustdaoxuduqlarım
Boğulmamak İçinGeorge Orwell · Can Yayınları · 201510,6bin okunma
·
82 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.