Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

205 syf.
10/10 puan verdi
Kayıp Gül seriyası
Bu İncələmədə umumî Kayıp Gül seriyası haqqında post paylaşıram. 🥀Yazıçı: Serdar Özkan 🥀Ad: Kayıp Gül seriyası (Kayıp Gül// Ölümsüz Kalp// Ekim Yağmurları// Aşkın resmi) 🥀Dil: Türkçe 🥀Yayımevi: Artemis 🥀İl: 2002-2012 Əvvəla bu kitab seriyası haqqında onu demək istəyirəm ki, ilk hissə "Kayıp Gül" mənim kitab oxumağa başlamaq səbəbimdir. Oxuduğum ilk kitabdır. Və daha sonra Türkiyəyə səfərimiz zamanı digər hissələrini də aldım, hələ o vaxtlar 2012 də Türkiyədən kitab sifarişləri gətirən çətin tapılırdı deyə ancaq ordan aldığımda oxuya bildim. İnsanı düşünməyə sövq edən və başqa aləmlərə aparan çox gözəl fəlsəfi və psixoloji romandır. İkinci hissə "Ölümsüz Kalp", 1-3-4 cü hissələrdən fərqli başlasa da, mənası eyni idi və biraz daha uşaq ədəbiyyatina bənzəyir. Azacıq fantastik janrda olmaqla bərabər ən sevdiyim hissəsi də məhz budur. Kitabdan hissə: 'Xatırlayırsanmı, günəşli günlərdə sənə axın-axın gələnlər payız gəldiyində səni bir-bir tərk etməyə başlayırdı. Qış tamamilə düşdüyündə də heç kimsə qalmırdı yanında. Qürurun səni tək buraxırdı və hətta o quru qürurun ucbatından ağlaya bilmirdin. Bahardaki təriflər səni nə qədər yüksəldibsə, payızdakı çöküşün də o cür çətin olurdu. Havanın dəyişməsi yerlə bir edirdi səni... Halbuki bir gül üçün belədirmi? Bir gül üçün, payız demək, yağış demək. Payız demək, bahara hazırlıq demək... Bağışla dostum amma, sənə tutquyla bağlananlar bir gün səni tərk edəcəklər. Çünki onlar sənə deyil, yalnızca öz tutqularına bağlıdırlar . Və bir gün gələcək, o tutquları başqa bir tanrıça tapacaq. Səndən daha gözəl, daha güclü bir tanrıça! Budur o zaman sən unudulacaqsan. Özünü onların tərifləriylə var etdiyin üçün də, unutulduğun zaman yox olub gedəcəksən.'' Ümid edirəm bəyənərsiniz. Dövrünün çox satanlar listində yer alıb, 44 dildə 65 ölkədə yayımlanıb. Xoş mütaliələr SEVGİLƏRLƏ PƏRVİN
Kayıp Gül
Kayıp GülSerdar Özkan · Artemis Yayınları · 201413,1bin okunma
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.