Gönderi

502 syf.
9/10 puan verdi
·
7 günde okudu
Sofinin Dünyası
Bir az mistik, bir az da nağılvari, amma daha çox gerçək bir hekayəni mövzu alan məlumat yüklü gözəl bir əsər. Sofinin dünyası... Sofi və Albertonun, həmçinin, Hilde və mayor Albertin hekayəsi. Bu həm də insanlıq tarixinin, Dünyamızın hekayəsidi. Sofi 14 yaşlı məktəblidir. Bu yaxınlarda 15 yaşı olacaq. Hilde də onun yaşıdıdı. Alberto isə Sofinin fəlsəfə müəllimidi. Sirli və qəribə bir təsadüf nəticəsində Alberto Sofiyə fəlsəfə tarixini xronoloji ardıcıllıqla öyrətməy başlayır. Əvvəlcə məktublarda görüşürlər, sonra real dərslər başlayır. Antik dövr fəlsəfəsidən başlayaraq müasir dövrə qədər mövcud olmuş, dünya fəlsəfə tarixində iz qoymuş, məktəb yaratmış, dünyanın axışını bu və ya digər dərəcədə dəyişmiş bütün əsas fəlsəfi cərəyanlar, filosoflar haqqında hissə - hissə danışan Alberto Sofiyə və Sofinin dünyası vasitəsilə Hildeyə təsir göstərir. Maraqlı, axıcı, həyəcanlı və bilik yüklü, bir az da sehirli abu havası olan möhtəşəm bir hekayə oxuyuruq! Əsər mənə nə verdi?! Əslində, buna təkyönlü cavab verə bilmərəm. Bir çox aspektdən doydurucu və düşündürücü əsər oxuduğumu deyə bilərəm, qısaca. Ən əsası, uzun zaman öncə böyük maraqla və həyəcanla oxuyub dərinliklərini unutmağa başladığım fəlsəfə tarixini, filosofları və onların maraqlı düşüncələrini yenidən oxumaq təkrarlamaq, yada salmaq imkanım oldu. Bir çox hadisələrə baxışımın zamanla nə qədər çox dəyişdiyinin fərqinə vardım. Sofinin və Hildenin maraqlı dünyasına səyahət edib, Dünya və onun yaranması, inkişafı tarixini öyrənmək, Dünyamızda baş verən bir çox prosseslərin səbəbi, nəticəsi, zaman - zaman filosof - alimlərin bu problemlərdən çıxış yolu tapa bilmək, mübarizə apara bilmək üçün beyin güclərini səfərbər etmələri və s. bu kimi başqa məsələlər haqda əsərdə kifayət qədər məlumat var. Bu səbəbdən də, hər yaşda, hər dövrdə oxuyan hər kəsi təsirinə sala biləcək əsər olduğuna inanıram. 14 yaşdan başlayaraq isə, bütün yeniyetmələri əsəri oxumağa təşviq etmək müsbət olardı.
Sofie'nin Dünyası
Sofie'nin DünyasıJostein Gaarder · Pan Yayıncılık · 202036,9bin okunma
·
25 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.