Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Mifologiya ilə mübahisə etmək faydasızdır. Nə vaxtsa sənin mədəniyyətinin insanları belə hesab edirdilər ki, onların doğma dünyaları sivilizasiyanın mərkəzidir. Əgər Kainat insan üçün yaranıbsa, sağlam şüur deyər ki, vətənim onun paytaxtı olmalıdır. Kopernikin tərəfdarları bunu mübahisəyə çevirmədilər. Onlar insanları “Siz yanılırsız!” deyə mühakimə etmədilər, səmanı göstərib dedilər: “Orada əslində nə baş verdiyinə baxın!” * İnsanda təməl qüsur yoxdur. Əgər insanlar dünya ilə sülh şəraitində yaşamaq nağılını oynasaydılar, onlar elə bunu da bacarardılar. Amma qəbul etdikləri nağıl onlardan dünya ilə döyüşməyi tələb edir, bu səbəbdən insanlar döyüşürlər. Əgər insanlar dünyanın hakimi olmaq nağılını oynayırlarsa, şübhəsiz, özlərini hökmdar kimi aparmalıdırlar. Həmin nağılda dünya fəth edilməsi vacib düşmən mövqeyində olacaqsa, insan onu fəth edəcək, bir gözəl gündə dünya onun ayaqları altında qanı axaraq can verəcək – necə ki, indi həmin durumdadır. * Və təxminən, on min il qabaq Homo sapiens sapiens növünün bir budağı dedi: “İnsan qanuna tabe deyil. Tanrılar heç vaxt onu insanla əlaqələndirməyib”. Buna görə, həmin insanlar – Razılar qanunu inkar edən sivilizasiya qurdular və bioloji zaman şkalasının bir dəqiqəsinə bərabər olan beş yüz nəsil sonra Homo sapiens sapiensin hazırkı budağı dünyanı faciə astanasına gətirdi. Bəs Razılar bu bədbəxtliyi necə izah edirlər? * Müxtəliflik bütünlüklə bioloji aləmin yaşaya bilməsinin əsas amilidir. Milyonlarla növdən ibarət sistem planet miqyasındakı fəlakət istisna olmaqla, demək olar, hər şeyə tab gətirər. Yüz milyonlarla növ arasında min dənəsi tapılar ki, iyirmi dərəcəlik qlobal temperatur yüksəlişinə tab gətirə bilsin, bu da gözlənildiyi kimi hər şeyi tükədən müsibət olmaz. Həmçinin, yüz milyonlarla növ arasında mini tapılar ki, iyirmi dərəcəlik qlobal temperatur enməsində yaşamağa davam edə bilsin. Hər halda, cəmi bir neçə yüz və ya min növün mövcudluğu sağ qalmaq potensialına güman yeri buraxmazdı. * Aclıqdan əzab çəkən təkcə insanlar deyil. O, Yerdə yaşayan bütün növlərin başına gəlir. Populyasiya yem bazasını üstələyəndə dayanmağa məcbur olur, ta ki, bərabərlik bərpa oluncaya qədər. Mədəniyyət Ana insanın bu mənada istisna olduğunu iddia edir, ona görə də yaşayış yerlərində zəruri resursların çatışmadığını görəndə köməyə yetişərək kənardan müdaxilə edir, bu da növbəti nəslin daha betər aclıqla qarşılaşmasıyla nəticələnir. Amma yaşayış yerləri öz resurslarıyla kifayətlənib uyğun həcmə sahib olsalar, canlarını xroniki aclıqdan birdəfəlik qurtararlar. * ...Problemi qlobal miqyasda görmək üçün ondan bir addım kənara çəkilməlisən. Hazırda dünyada beş milyard yarımdan çoxsunuz, milyonlarla insanın aclıqdan əzab çəkməsinə baxmayaraq altı milyardı yemləmək üçün məhsul istehsal edirsiz. Altı milyard insana çatacaq məhsul istehsal etməyiniz də o deməkdir ki, üç, ya da dörd ildən sonra həqiqətən altı milyard olacaqsınız. Milyonların əvvəlki kimi ac olması nəzərə alınmadan altı milyard yarım üçün istehsalın genişlənməsi bioloji labüdlüklə sizi altı milyard yarıma çatdıracaq. Və çoxunu ac qoymaqla yeddi milyardlıq istehsal planınız növbəti üç-dörd ildə yeddi milyarda yetişməyinizlə nəticələnəcək. Bu prosesi saxlamaq üçün bir faktı anlamalısınız ki, istehsal sahələrinin genişləndirilməsi milyonlarla insanı doyurmur, demoqrafik partlayışı gücləndirir. * Mədəniyyətinin üzvləri insanın istisnalığını fanatikcəsinə dəstəkləyirlər. Onlar başqa canlılarla insan arasında mütəmadi olaraq uçurum tapmaq istəyirlər. Arilərin möhtəşəmliyi haqdakı Hitler mifi nasizmin Avropanın başına açdıqlarının bəraəti olduğu kimi, insanın ecazkarlığı barədəki mif də dünyaya etdikləri qarşısında bəraətə xidmət edir. Hərçənd, bu mifologiya əvvəl-axır heç bir üstünlük gətirmir. Razılar faydasız tənha varlıqlardır. Dünya onlar üçün düşmən ərazisidir, hər yerdə özlərini düşmən mühitindən şəxsi istisnalığıyla ayrılan işağalçı kimi hiss edirlər. * Narazıların son üç milyon ildə oynadığı süjet heç də fəthetmə və hakimlik haqda əhvalat deyil. Bunun təzahürlərilə hakimiyyət qazanmaq istəmirlər, amma bu süjet sayəsində onları razı salan, böyük məna kəsb edən həyat yaşayırlar. Onların arasında olsan, bunu müşahidə edərsən. Naqislik və üsyankarlıq saçmır, qadağa və icazələr haqda uzun-uzadı mübahisələr aparmır, fərqli düşünəni həyatını səhv yaşaması barədə durmadan günahlandırmır, bir-birindən qorxmur, həyatın boş və mənasızlığından dəli olmur, darıxdırıcı günləri adlamaq üçün narkotikə ehtiyac duymur, nəsə mənəvi dayaq tapmaq üçün hər həftə yeni din yaratmırlar, həyatı dəyərə mindirmək naminə hansısa inanc və fəaliyyət növünün sonsuz axtarışında da deyillər. Bütün bunlar, təkrar edirəm, təbiətlə vəhdətdə yaşadıqları, hakimiyyətə yiyələnmədikləri və ya təmizqanlı olduqları üçün baş vermir. Məsələ burasındadır ki, onlar həyatı səmərəli hala gətirən nağılı oynayırlar. Bu nağıl üç milyon ildir onların karına gəlir və Razıların məhv etmədiyi yerlərdə hələ də öz faydasını göstərir.
·
29 görüntüleme
Mert 1903 okurunun profil resmi
Belkide insanın kusuru budur; nasıl yaşaması gerektiğini bilmemesi...
Şəhla Rşd okurunun profil resmi
Bəlkə də deyil, məncə, ən böyük qüsurumuzdu, bu... ))
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.