10/10
·376 syf.··
Beğendi
·
2019 17. kitabı
·
13 günde okudu
·
Okunma: 22 Aralık 2019 12:15
Bostonda ardıcıl baş verən cinayətlər.. Hər cinayət əvvəlki ilə eyni məqsəd daşısa da, qatilimiz özünü hər növbəti cinayət üçün bir az daha hazırlayır; bir növ püxtələşdirir. Qurbanları üzərində buraxdığı izlər sayəsində artıq bir adı da var. Cərrah! İlk qurbanlarında alıştırmalar edərək özünü əsas qurban - Catherine üçün hazırlayır. Bəs niyə bir insan üçün bu qədər insan cinayətə qurban gedir? Cavab Cərrah üçün çox sadədi. Sıra Catherine'ə gələndə hər şeyi ən ustaca həyata keçirmək ve bundan mükəmməl şəkildə zövq almaq.Bu mərhələyə gələnə qədər seçdiyi qurbanlarla özəl olaraq maraqlanmış, onlardan özünə xatirə qalacaq şeyi almağı da unutmamışdır(!) Cərrahın seçdiyi qurbanların bir ortaq nöqtəsi var. Beləcə onun bir sonrakı həmləsini bilmək nisbətən mümkün olmağa başlayır. Bu cinayətdəki bütün nöqtələri birləşdirmək Boston Cinayət Masası'nın öhdəliyindədir. Amma unutmamalı olduqları bir şey var. Cərrah axmaq deyil. Və özündən sonra demək olar ki iz qoymur. Bəs Catherine niyə Cərrahın əsas hədəfidir? Onu cərrahla bağlayan nədir? Kitabda zaman zaman dedektivlərin, zaman zaman Catherine'nin və bəzən də cərrahın ağzından oxuyuruq hekayənin axışını. Cərrahın ağzından danışılan Agamemnon mifi haqqında daha əvvəllər bir araşdırmam olmadığı üçün o yerlərini nəfəssiz oxudum deyə bilərəm. Yazarın anlatım dili olduqca rahat və axıcı idi. Hadisələrin baş vermə ardıcıllığı nəfəs kəsici idi və bir sonraki səhifədə nə olacağını təxmin etmək demək olar ki mümkünsüz idi. Xüsusilə son səhifələri bir oxumada bitirdim, yəni o qədər həyəcanlı idi. Tess Gerritsen Cərrah'ı çox mükəmməl bir şəkildə işləyib.
Edebiyat
CerrahTess Gerritsen · Doğan Kitap · 201817,2bin okunma
·
109 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.