Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

188 syf.
8/10 puan verdi
SƏRHƏD CƏNUBDA, GÜNƏŞDƏN QƏRBDƏ
Murakami ilə ilk tanışlığımdır. Ümumiyyətlə, gözəl əsər idi. Mövzusu, tərcüməsi, psixoloji məqamları, təsvirləri ilə yorulmadan oxudum deyə bilərəm. Əsər, evin tək uşağı olan Hacime adlı bir oğlanın hekayəsidir. Niyə evin tək uşağı olmasını xüsusi vurğuladım?! Çünki nə qədər qəribə də olsa, bəzi mədəniyyətlərdə evin tək uşağı olmaq ailənin qüsuru sayılırdı. Məncə, bu bizə də tanışdır. Əsərdə də bu "qüsur" xüsusi vurğulanır və qəhrəmanımız bundan əziyyət çəkir. Hacimenin həyatında dönüş nöqtəsi Şimamoto adlı özü kimi evin tək uşağı və bir ayağında axsaqlığı olan bir qızın onların sinfinə gəlməsiylə başlayır. Hacime və Şimamoto çox yaxın dost olurlar. Birlikdə kitablar oxuyur, musiqi dinləyir, bir sözlə hər mənada bir birlərini tamamlayırlar. Bir müddət sonra ayrılmalı olan dostlar, illər sonra yenidən görüşürlər. Ancaq bu dəfə vəziyyət fərqlidir. Çünki Hacime evlidir və iki uşağı var. Sonraki hadisələr, Hacime və Şimamotonun illər sonraki görüşünün təfsilatı və bu görüşə qədər keçən, Hacimenin dili ilə desək, boş və mənasız illər haqqında daha geniş oxumaq istəyirsinizsə, mütləq kitabı oxumalısınız. İnanıram ki, bir iki xırda nüansı çıxmaq şərtilə əsəri bəyənəcəksiniz.
Sınırın Güneyinde, Güneşin Batısında
Sınırın Güneyinde, Güneşin BatısındaHaruki Murakami · Doğan Kitap · 20124,278 okunma
·
89 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.