Gönderi

7/10
·390 syf.··
Beğendi
·
2019 1. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Ocak 2019 08:00
İlk olaraq kitabın özü yox, ithaf olduğu şəxs,Ayşə Kulinin anası - Sitarə xanım məni özünə cəlb etmişdi. Ümumiyyətlə, adımı sevirəm və buna görə də harda qarşılaşsam, mövzudan asılı olmayaraq məni özünə çəkir. Ancaq, kitabı oxuduqdan sonra yazı tərzi, mövzuların bir-birilə əlaqəsi, siyasətdən məhəbbətə, məhəbbətdən tarixə mükəmməl keçidi məni dərindən sarsıtdı. Həqiqətən də ustalıqla qələmə alınmış, gerçək həyatı əks etdirən bir romanı oxuduğum üçün məmnunluq hissi keçirirəm. Romanı oxuyub sevdikdən sonra təhlil etmək qərarına gəldim. Əlbəttə, təhlil zamanı romanda yazıçının istifadə etdiyi kuliminasiya və razvyazka nöqtələrindən söhbət aça bilməyəcəm. Belə ki, kitabı oxumaq istəyənlərə romanın ən qənaətbəxş yerini və açar cümlələrini desəm, hesab edirəm daha oxumağın mənası qalmayacaq. Roman Birinci Dünya müharibəsi zamanı işğal altında olan Türkiyənin yaşadığı çətinlikləri ələ alır. İşğal altında olan vətən, əslində, əsirlikdə olan bir xalq deməkdir. Mənə elə gəlir ki, 'əsir şəhərdə bir qonaq' statı da buradan gəlir. Romanda maliyyə nazirinin ailəsi və ölkəsi arasında qalmasından, Sarıqamış qazisi bir gənclə onun qulluğunda duran qızın eşq həyatından, belə çətin vəziyyətdə uşaq tərbiyəsindən söhbət açılır. Vətəni üçün təkcə kişilər deyil, bəzi qadın qrupları da mübarizədə fəal iştirak edirlər. Nazir Əhməd Rəşad bəylə xalası nəvəsi Kamalla mübahisələrinə də tez-tez şahid oluruq. Vətənin azadlığını istəyən hər iki kişinin sözlərinin çəp gəlməsinin səbəbi qələbəni gətirənin fərqli yollar olduğunu düşünmələridir. Onlar, məhz bu səbəbdən əl-ələ verə bilmirlər. Onları əlbəyaxa olmağa imkan verməyəndə aradaki qohumluqdur. Yazıçı Ayşə Kulin romanda bütün obrazların xüsusiyyətlərini təhkiyə yolu ilə oxucuya çatdırmağa müvəffəq olub;Nazirin maşaqqatli hayatı, nazir arvadı - Behica xanimin qaynana ila davaları,ari üçün nigarançıliği, Saraylı xanımin evin böyüyü olduğundan yersiz ifadalari, uzaqdan galan qohum- Mehparanin qalbila mübarizasi, Kamalın mübarizada düzgün rol oynamamasının azginliyi, asir hayata mahkum qalaniki bacınin - Laman va Suatın bir-birindan neca farqlanmasi, keçmiş nazirin dul qızının - azra xanimin da öz daxilindaki problemlari... va daha nalari oxucunun görmamasi mümkün deyil. Romanda bir çox mövzu çıxa bilar. Feqat, bütün mövzuları birlaşdiran 'ölka sevgisi, vatamdaşlıq va azadliq arzusu' ideyasidır. asarda kişilar, qadınlar, hatta uşaqlar bela na şakilda olursa olsun azadlıği düşünür. 0 zamanlar yaşanan sevginin bela asir olduğu sezilir obrazların halından. Çoxları asarin sonunun gözlanilmaz olduğunu desada.., mana göra roman gözlanilmaz sonluqla bitmir. Ki, asirlikda qalmiş vatandan bahs edan romanın xoşbaxt sonluqla bitmasi qariba olardı. Sonluq, yazıçınin vatanina sadaqatini göstarir; 'asir ölkamin yaşadiğı ağır zaman Sirf oxucu xoşbaxt olsun deya dayişa bilmaram' demakdir bu. Har na olursa olsun, ölkasindan al çakmayan, manaviyyata yüksak obrazların var olduğu bir roman taqdira layiqdir. Qeyd: Onu da deyim ki, Ayşa Kulinin anası Sitare xanim maliyya naziri- ahmad Raşad bayin böyük qızından - Lamandan doğma navasidir. Aysa Kulin, öz xayal gücündan deyil, baş veran bir hadisani, bir asr öncasinda yaşananları bütün dünyanın xabardar olması istayi ila qalama almışdır. Onun qüvvatli qalami sayasinda Birinci Dünya müharibasinda nazir ailasinin taleyindan da xabardar olmuş oluruq.
VedaAyşe Kulin · Everest Yayınları · 202316,8bin okunma
·
15 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.